SoftBank Group üç ildə ilk dəfə mənfəət əldə edib
SoftBank Group 2024-cü maliyyə ilin aprel-sentyabr aylarında 1 trilyon yen (6,5 milyard dollar) xalis mənfəət əldə edib.Yaponiyada enerji, maliyyə, investisiya və kommunikasiya sektorlarında xidmətlər göstərən SoftBank Group (SBG) maliyyə ilinin birinci yarısı üçün balans hesabatlarını dərc edib.
Marja xəbər verir ki, şirkət cari maliyyə ilinin aprel-sentyabr dövründə 1 trilyon yen (6,5 milyard dollar) xalis mənfəət əldə edib.
Sözügedən ən son balans hesabatına əsasən, SoftBank Group son üç ildə ilk dəfə mənfəət əldə edib.
2023-cü maliyyə ilin aprel-sentyabr dövründə SoftBank 1,41 trilyon yen (9,15 milyard dollar) məbləğində xalis zərər açıqlamışdı.
Şirkətin 2024-cü maliyyə ilinin birinci yarısında xalis mənfəətə keçməsinə investisiya portfelindəki səhmlərin qiymət artımı və yapon yeninin dövri olaraq bahalaşması təsir edib.
2024-cü ilin aprel-sentyabr dövründə şirkətin satış gəlirləri keçən illə müqayisədə 7,5 faiz artaraq 3,47 trilyon yen (22,5 milyard dollar) təşkil edib.
SoftBank, 2025-ci ilin martında başa çatacaq 2024-cü maliyyə ili üçün proqnozlarını açıqlamayıb.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
7 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
8 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
8 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 8 saat əvvəl
- 9 saat əvvəl
- 9 saat əvvəl
-
9 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
9 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 9 saat əvvəl
-
10 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























