Avtomobil biznesində qeyri-adi layihə - RƏSMİ AÇILIŞI BAŞ TUTDU
Bakıda rəsmi avtomobil dilerlərini bir "dam" altında toplayan mərkəz - Baku Auto Mall rəsmi olaraq istifadəyə verilib.05 noyabr 2024-cü il tarixində Baku Auto Mall-ın rəsmi açılış tədbiri keçirilib.
Marja.az-ın məlumatına görə, Mərkəzin direktoru Natiq Zərbəliyev bildirib ki, alıcıların əksəriyyəti avtomobilləri “canlı” görmək, sükan arxasında əyləşmək, rəng və komplektasiya seçmək, test yürüşü həyata keçirmək, eyni qiymət seqmentində təklif olunan digər istehsalçıların modelləri ilə müqayisə etmək istəyir. Rəsmi diler mərkəzlərinin bir-birindən uzaq məsafədə yerləşməsi və yollarda hökm sürən “tıxaclar bəzən avtomobil seçimini aylarla davam edən əsəbi prosesə çevirir. Bu problem həll etmək məqsədilə Bakıda Baku Auto Mall biznes layihəsi reallaşdırılıb.
Babək prospekti 2224 ünvanında yerləşən 7 mərtəbəli Baku Auto Mall-da avtomobil brendlərinin rəsmi nümayəndəlikləri fəaliyyətə başlayıb. Ölkəmizin və regionun ən böyük avtomobil satış mərkəzində Almaniya, Amerika, Yaponiya, Cənubi Koreya, İngiltərə, İtaliya, Fransa və Çin istehsalçılarının yeni avtomobilləri müştərilərə təklif olunur.
Bundan əlavə Baku Auto Mall-da kafe və restoranlar, oyun zonaları, əyləncə güşəsi təşkil olunub.
Tezliklə burada kredit təşkilatları (bank, BOKT, lizinq), sığorta şirkətləri, “rent a car” və s. qurumlar fəaliyyətə başlayacaqdır.
Tədbir bir-birindən fərqli şou proqramlar ilə davam edib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)








.jpg)
