UForex: artıq hər bir investorun Şəxsi Kabineti olacaq
(®) UForex daima xidmətlərini təkmilləşdirməyə, investisiya prosesini hər bir müştəri üçün daha sadə və əlçatan etməyə davam edir.
Şirkətin bu istiqamətdə atdığı növbəti addım isə müştərilərin öz hesablarını rahat şəkildə idarə edə bilmələri üçün vahid platformanın yaradılması oldu.
Belə ki, artıq investorlar uforex.az saytında qeydiyyatdan keçərək, “Şəxsi kabinet” adlanan multifunksional platformadan istifadə edə biləcəklər.
“Şəxsi kabinet” vasitəsilə investorlar istənilən bankın AZN və USD kartları ilə hesablarına mədaxil edə biləcəklər. Həmçinin bir neçə UForex ticarət hesabını vahid interfeys üzərindən izləmək və platformanın veb-versiyası ilə rahat ticarət etmək mümkün olacaq.
Bunlarla yanaşı, müştərilər platformaya yerləşdirilən izahlı video-dərslərə baxmaqla öz biliklərini daha da zənginləşdirə biləcəklər. İstifadəçilər “Şəxsi kabinet” üzərindən iqtisadi təqvimi izləyə, investisiya dünyasındakı ən aktual xəbərlərdən məlumat ala və sahə üzrə maarifləndirici bloq yazılarını oxumaq imkanı əldə edəcəklər.
Bazarda 11 ildən artıqdır ki fəaliyyət göstərən UForex, yüksək xidmət sayəsində treyderlərin rəğbətini qazanmağı bacarıb. Şirkət müştərilərinə real vaxt rejimində “MT4” platforması üzərindən qızıl, gümüş, neft, valyuta cütlükləri kimi bir sıra maliyyə alətləri ilə qlobal bazarlarda ticarət edib qazanc əldə etmək imkanı yaradır.
Qeyd edək ki, UForex “Unicapital İnvestisiya Şirkəti”nin təqdim etdiyi xidmətlərdən biridir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
12 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
12 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
12 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
14 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 14 saat əvvəl
-
14 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb



























