"Mərkəzi Banka məlumat verin, dərhal barəsində tədbirlər görülsün"
Mərkəzi Bankın Qanunsuz fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatları barədə Mərkəzi Bankın məlumatlandırılmasına dair bildiriş
“Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən ölkədə fəaliyyət göstərən ödəniş təşkilatları və elektron pul təşkilatları Azərbaycan Respublikasının Mərkəzi Bankından müvafiq lisenziya əldə etməlidirlər. Həmin Qanunun 65.1-ci maddəsinə görə Mərkəzi Bank lisenziya almış ödəniş təşkilatları və elektron pul təşkilatının ictimaiyyət üçün açıq olan reyestrini tərtib edir. Beləliklə, hər hansı şəxsin müvafiq fəaliyyət növü üzrə lisenziyasının mövcudluğu Mərkəzi Bankın rəsmi internet səhifəsində dərc olunan ödəniş və elektron pul təşkilatlarının siyahısından (https://www.cbar.az/page-853/electronic-money-institutions) yoxlanıla bilər.
“Azərbaycan Respublikasının Mərkəzi Bankı haqqında” Azərbaycan Respublikası Qanununun 51.3-cü maddəsinə əsasən Mərkəzi Bank maliyyə bazarlarında lisenziya (icazə) tələb edən fəaliyyətin müvafiq lisenziya (icazə) olmadan göstərilməsi faktını aşkar etdikdə belə fəaliyyətlə məşğul olan şəxslərə bu fəaliyyətin və təqdim edilən xidmətin (məhsulun) reklamının və ya hər hansı digər formada yayımlanmasının dərhal dayandırılması tələbi barədə bildiriş təqdim edir. Mərkəzi Bank bu barədə məlumatı özünün rəsmi internet səhifəsində və mediada açıqlayır, habelə qanunvericiliklə müəyyən edilən tədbirlərin görülməsi üçün aidiyyəti dövlət orqanına (qurumuna) müraciət edir.
Bu baxımdan, lisenziyası olmadan ödəniş və ya elektron pul təşkilatı kimi qanunsuz fəaliyyət göstərən şəxslər aşkar edildiyi təqdirdə bu barədə Mərkəzi Bankın (https://contact.e-cbar.az/) məlumatlandırılması xahiş olunur. Mərkəzi Bank tərəfindən məlumat verən şəxs barədə konfidensiallıq təmin olunacaq.
“Lisenziya əldə etmədən qanunsuz fəaliyyət göstərən ödəniş və elektron pul təşkilatları barədə Mərkəzi Bankın məlumatlandırılması üzrə Təlimat”la aşağıdakı link vasitəsilə tanış ola bilərsiniz:
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
4 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 5 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 6 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)










.jpg)





