Holcim Azərbaycan “Rebuild Karabakh” sərgisində kisə sement məhsullarını təqdim edib
(®) Holcim Azərbaycan “Rebuild Karabakh” sərgisində ölkə daxilində müxtəlif tikinti layihələrinin ehtiyaclarını ödəmək üçün nəzərdə tutulmuş kisə sement məhsullarını təqdim edib. Bu innovativ məhsul xəttinə SPECIAL 400 çoxməqsədli sement, AQUASTOP tərkibli UNIKAL 400 və Azərbaycanda ilk addım olaraq sement istehsalında daha az CO₂ miqdarlı, ECOPlanet 300 daxildir.
SPECIAL 400 sementi, əsaslar, beton işləri, eləcə də hörgü, suvaq və dekorativ kimi məhlul tətbiqləri daxil olmaqla, müxtəlif beton tətbiqləri üçün istifadə rahatlığı təmin edən qabaqcıl İsveçrə texnologiyası ilə hazırlanıb. Bu məhsul ilkin dayanıqlılıq təmin edir, su sərfini azaldır və axıcılığı artırır, nəticədə beton və suvaq tətbiqlərində çatların 40%-ə qədər azalmasına gətirib çıxarır. Bu, istifadəçilər üçün təkcə dayanıqlılığın artması deyil, həm də tikinti proseslərinin sadələşdirilməsi deməkdir.
Digər innovativ məhsul olan UNIKAL 400, üstün nəm və su qorunması üçün AQUASTOP texnologiyasına malikdir. Sement və izolyasiyanı birləşdirərək, bu məhsul istifadəçilərə ənənəvi üsullarla müqayisədə xərcləri 50%-ə qədər azaltmağa və binalarının struktur bütövlüyünü artırmağa imkan verir. Unikal sement müxtəlif tətbiqlər üçün idealdır, boşluqların, məsamələrin və çatların yaranmasının qarşısını effektiv şəkildə alır və artan nəmə məruz qalması gözlənilən tikinti layihələrinə mükəmməl cavab verir - su anbarları, suvarma kanalları, yeraltı beton əsaslar.
Holcim Azərbaycanın innovasiya və keyfiyyətə olan sadiqliyi bu yeni kisə sement məhsullarında öz əksini tapır və onların yerli tikinti sənayesində əhəmiyyətli təsir göstərəcəyi gözlənilir. Davamlı təcrübələrə və müştəri məmnuniyyətinə yönəlik olaraq Holcim sektorda inkişafı və innovasiyanı təşviq etməyə sadiqdir.
"Yekun innovativ kisə məhsulu ECOPlanet 300 oldu. ECOPlanet 300 Holcim-in əsasında davamlılıq olan öncül sementidir. Bu innovativ sement, adi Portland sementi ilə müqayisədə atmosferdə CO₂ miqdarının 30% azalması məqsədi ilə hazırlanıb ki, bu da təkrar emal edilmiş və alternativ materialların istifadəsi, eləcə də qabaqcıl istehsal prosesləri sayəsində mümkün olub. Dövri iqtisadiyyat yaratmaq öhdəliyi ilə ECOPlanet 300 təkcə karbon izini azaltmaqla qalmır, həm də yaşayış binalarından, sənaye layihələrinə qədər müxtəlif tikinti tətbiqləri üçün yüksək performans standartlarına cavab verir. Onun inkişafı qlobal davamlılıq hədəflərinə uyğun gəlir və ətraf mühitə həssas tikinti sahibləri üçün ideal seçimdir." - deyə Holcim-in kisə seqmentinin meneceri Elnur Əliyev bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
- 5 gün sonra
-
-
3 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
3 saat əvvəl
Azercell “Great Place to Work®” beynəlxalq sertifikatına layiq görülüb
- 4 saat əvvəl
-
4 saat əvvəl
"FERRUM CAPİTAL"ın istiqrazlarına 50 investor 50 sifariş təqdim edib
-
4 saat əvvəl
AzInTelecom “AI GITEX Kenya 2026” texnologiya sərgisində təmsil olunub
- 4 saat əvvəl
-
5 saat əvvəl
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
-
6 saat əvvəl
CityNet Best Managed Companies Azerbaijan 2026 mükafatına layiq görülüb
-
6 saat əvvəl
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 23 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
180 manata bilet - Bakı–Tbilisi–Bakı marşrutunda siniflər üzrə gediş haqqı açıqlandı
“Bir Kredit BOKT” 2025-ci il üzrə maliyyə göstəricilərini açıqladı
Ən çox oxunanlar
Yapon avtomobili Nissan Magnite - CƏMİ 27 900 MANATA
Goldman Sachs: Qlobal neft ehtiyatları rekord sürətlə azalır
Nvidia gəlirini 85 faiz, xalis mənfəətini 211 faiz artırıb
Mayın 22-də gözlənilən hava şəraiti - BAKIDA İNTENSİV YAĞIŞ YAĞACAQ
İrşadda böyük “Yaşıl Cümə” fürsəti başladı!
İrana və Gürcüstana gedən Azərbaycan vətəndaşlarının sayı azalıb - 31,4 faiz və 7,1 faiz azalma







.jpg)






.jpg)







