Azərbaycanlı qadın sahibkar Körfəz ölkələrindəki şirkətdə 49% pay sahibi olub - FOTO
Qətərin paytaxtı Doha şəhərinə səfər edən “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramova burada fəaliyyət göstərən nüfuzlu iş adamları ilə görüşüb. Görüş nəticəsində Azərbaycan məhsullarının Qətərə ixracı geniş müzakirə mövzusu olub. Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında satışının həyata keçirildiyi ticarət mərkəzlərinin yaradılması qərara alınıb. Qətərli sahibkarlarla 49 faiz payla ortaq şirkət quran azərbaycanlı xanım sahibkarın məqsədi Azərbaycan məhsullarının Qətərdə satışa çıxarılacağı müasir dükanlar şəbəkəsi formalaşdırmaqdır.(®) Azərbaycan Biznes Partnyorlar Klubunun (BPC) İdarə Heyətinin sədri, “Agromix” şirkətinin təsisçisi Gülpəri Bayramova Səudiyyə Ərəbistanı və Qətərə işgüzar səfər edib.
BPC-nin İctimaiyyətlə Əlaqələr Departamentindən verilən məlumata görə, Gülpəri Bayramova Səudiyyə Ərəbistanı Nəqliyyat və Logistika Xidmətləri Nazirliyinin təşkilatçılığı ilə keçirilən Qlobal Logistika Forumunda iştirak edib. Dünyanın müxtəlif ölkələrindən nəqliyyat nazirlərinin və biznes nümayəndələrinin qatıldığı forumda BPC sədri çıxış edib.
Təchizat zənciri və ticarət coğrafiyasını genişləndirmək üçün yeni qlobal logistika xəritəsini nəzərdə tutan forumda nitqi zamanı G.Bayramova Azərbaycanın ticarət, idxal və ixrac imkanlarından bəhs edib. O qeyd edib ki, beynəlxalq iqtisadi münasibətlər sisteminin genişləndiyi mövcud şəraitdə Azərbaycan dünya miqyasında aparıcı ticarət tərəfdaşlarından birinə çevrilib.
Forum çərçivəsində Azərbaycanla ərəb dövlətləri arasında logistika imkanları müzakirə olunub və mühüm razılaşmalar əldə edilib. Kənd təsərrüfatı məhsullarının Azərbaycandan ərəb ölkələrinə, eləcə də Səudiyyə Ərəbistanına ixracı ilə bağlı xarici ticarət tərəfdaşları arasında ilkin anlaşma əldə edilib. İxrac marşrutu istiqamətində təkliflər dinlənilib. Qərara gəlinib ki, münasibətlərin gələcək inkişafı istiqamətində işgüzar müzakirələr davam etdirilsin.
Səudiyyə Ərəbistanının ardınca Qətərin paytaxtı Doha şəhərinə səfər edən Gülpəri Bayramova burada fəaliyyət göstərən nüfuzlu iş adamları ilə görüşüb. Görüş nəticəsində Azərbaycan məhsullarının Qətərə ixracı geniş müzakirə mövzusu olub. Azərbaycan məhsullarının “Made in Azerbaijan” brendi altında satışının həyata keçirildiyi ticarət mərkəzlərinin yaradılması qərara alınıb. Qətərli sahibkarlarla 49 faiz payla ortaq şirkət quran azərbaycanlı xanım sahibkarın məqsədi Azərbaycan məhsullarının Qətərdə satışa çıxarılacağı müasir dükanlar şəbəkəsi formalaşdırmaqdır.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) dəstəyilə baş tutan səfərdə Səudiyyə Ərəbistanı və Qətərdən olan sahibkarlarla Azərbaycana investisiya imkanları, Azərbaycan məhsullarının ərəb ölkələrində satış nöqtələrinin yaradılması, Azərbaycandan ərəb ölkələrinə ixrac potensialı və imkanları ilə bağlı strateji müzakirələr aparılıb. Qərara gəlinib ki, qarşılıqlı ticarət imkanlarına həsr olunan tədbirlər Azərbaycanda da təşkil edilsin.
Xatırladaq ki, Azərbaycan Biznes Partnyorları Klubunda ölkəmizin nüfuzlu iş adamları və 100-dən artıq şirkət kollektiv şəkildə təmsil olunur. Əsas fəaliyyət istiqaməti “Made in Azerbaijan” brendinin təşviqi olan BPC azərbaycanlı sahibkarların müxtəlif ölkələrə səfərlərini təşkil edərək, biznes tərəfdaşları ilə anlaşma müqavilələri imzalamasına nail olub. Azərbaycanın dövlət qurumları, vətəndaş cəmiyyəti insitutları, biznes təşkilatları və kütləvi informasiya vasitələri ilə qarşılıqlı əməkdaşlıq müqavilələri əsasında fəaliyyət göstərən BPC sədri Gülpəri Bayramova Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2022-ci ildə “İlin uğurlu sahibkarı” nominasiyası üzrə təltif edilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
-
6 saat əvvəl
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
-
8 saat əvvəl
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib
-
8 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 15% olan istiqrazlar ticarətə buraxılacaq - TARİX
- 8 saat əvvəl
-
8 saat əvvəl
"Dino Park": 3 və daha çox uşağı olan ailələr üçün 20% endirim tətbiq olunacaq
-
9 saat əvvəl
Süd məhsullarının istehsalçılarına ubsidiyaların verilməsi planlaşdırılır
-
9 saat əvvəl
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
-
9 saat əvvəl
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
-
9 saat əvvəl
Qızılın qiyməti üzrə dünyanın ən yaxşı proqnoz verən qurumları - SİYAHI
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
Ən çox oxunanlar
Avropa bankı Qafqazın böyük avtomobil distribütor şirkətinə 25 milyon avro kredit ayırır
Trendyol ölkənin ilk inklüziv kafesi “Kashalata”nın inkişafına dəstəyini davam etdirir
"Azər-Türk Bank"ın kredit reytinqləri təsdiqlənib - BANK YENİ STRATEGİYA HAZIRLAYIR










.webp)

















