BOKT faiz dərəcəsi illik 15% olan istiqraz buraxır
BOKT "Finans Kredit" MMC istiqraz buraxılışı yolu ilə 300 min manat cəlb etməyə hazırlaşır.
Marja.az xəbər verir ki, kredit təşkilatı hər birinin nominal dəyəri 1000 manat olan 300 ədəd adlı,faizli, sənədsiz, təmin edilməmiş istiqrazlar buraxıb.
İstiqrazlar üzrə illik faiz dərəcəsi 15%, tədavül müddəti 24 aydır. Faiz gəlirləri investorlara hər 30 gündən bir ödəniləcəkdir.
Qeyd edək ki, 30 sentyabr 2020-ci il tarixində dövlət qeydiyyatına alınmış BOKT "Finans Kredit" MMC-nin nizamnamə kapitalının 100%-i Məmmədov Rəmiyəddin Hüseyn oğluna məxsusdur. Təşkilat riteyl və mikro biznes kredit bazarlarında fəaliyyət göstərir.
30 iyun 2024-cü il tarixində BOKT "Finans Kredit" 2 milyon 654 min manat kredit portfelinə malik olub.
Emissiyanın anderrayteri "CPM-İnvest İnvestisiya Şirkəti" ASC-dir.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 13 d. əvvəl
-
-
14 d. əvvəl
ARDNŞ-nin Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin ixracı kəskin azalıb
- 47 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Neft qiymətləri sürətlə dəyişir - Bu dəyişikliyi gəlirə çevir
-
1 saat əvvəl
Mərkəzi Bankın aktivləri azalıb, mənfəəti isə 724 milyon manatı keçib
-
1 saat əvvəl
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
- 1 saat əvvəl
- 9 saat əvvəl
- 11 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
Dövriyyədə olan kağız və metal pulların cəmi məbləği açıqlanıb
Ən çox oxunanlar
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 10 GÜN
Ərdoğan və Paşinyan telefon danışığı aparıb
Expressbank-dan sahibkarlar üçün YENİ MƏHSUL
Azər Türk Bankdan səhiyyə işçiləri üçün istehlak krediti kampaniyası
“PRIME LM” 12,8 milyon dollarlıq ixracla reytinqə daxil olub
























