İndiyədək sənaye zonaları üzrə 153 sahibkarlıq subyektinə rezidentlik statusu verilib
Artıq 4-cü ildir ki, İqtisadi Zonaların İnkişafı Agentliyi “Qarabağın bərpası, yenidənqurma və inkişafı” sərgisində (Rebuild Karabagh) öz stendi ilə təmsil olunur. Xüsusən stendimizdə ölkəmizdə fəaliyyət göstərən sənaye zonaları, sənaye zonalarında istehsal və ixrac imkanları barədə geniş məlumatlar nümayiş etdirilir. Həmçinin stendi ziyarət edənlər sənaye parklarında sahibkarlar üçün təklif edilən vergi və gömrük güzətlərinə dair məlumatlarla tanış ola bilərlər.
Bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin mətbuat katibi Elçin Kazımov bildirib.
O qeyd edib:
"İqtisadi Zonaların İnkişafı Agentliyi olaraq Qarabağın bərpası, əsasən də bölgənin sənaye potensialının inkişaf etdirilməsi işlərində öz töfhələrimizi verməyə çalışırıq. Qeyd edim ki, dövlət başçısının müvafiq fərmanlarına əsasən İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları yaradılıb. Bu sözügedən sənaye parklarına sahibkarlar tərəfindən böyük maraq göstərilir. Bir maraqlı məqamı diqqətə çatdırım ki, Ağdam Sənaye Parkı rezidentlərin sayına görə Sumqayıt Kimya Sənaye Parkından sonra ikinci sənaye parkıdır. Parkın 60 faizdən çox hissəsi artıq sahibkarların istifadəsinə verilib.
Bu iki sözügedən sənaye parkında 41 sahibkarlıq subyektinə rezidentlik, 5 sahibkara isə qeyri-rezidentlik statusu verilib. Bu 46 sahibkarlıq subyekti tərəfindən sənaye parklarına 390 milyon manatdan artıq investisiyanın yatırılması, 4000-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur.
Artıq sahibkarlar tərəfindən Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarına 118 milyon manatdan çox investisiya yatırılıb, 500-ə yaxın daimi iş yeri yaradılıb.
Artıq sənaye parklarında bir çox müəssisələr fəaliyyətə başlayıb. Belə ki, Ağdam Sənaye Parkında 9 müəssisə, “Araz Vadisi İqtisadi Zonası” sənaye parkında isə 1 müəssisə fəaliyyətə başlayıb. Bu sözügedən müəssisələrdə elektrik paylayıcı avadanlıqların, elektrik yuvalarının və beton yarımstansiyaların; dam və fasad örtüklərinin; havalandırma, yanğınsöndürmə avadanlıqları və müxtəlif metal məmulatlarının; divar kağızlarının; müxtəlif növ ayaqqabıların; avtomatlaşdırma və telemexanika sistemlərinin, beton istehsalı həyata keçirilir, kənd təsərrüfatı texnikalarına və ağır yük maşınlarına texniki servisi xidməti göstərilir. Bu müəssisələrdə istehsal olunan məhsullar işğaldan azad edilmiş ərazilərdə aparılan tikinti quraşdırma işlərində istifadə edilir, daxili bazara satışı olunur, bəzi rezidentlər isə istehsal etdikləri məhsulların ixracı ilə bağlı müxtəlif ölkələrlə danışıqlar aparır.
Bundan başqa Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında növbəti ildə də bəzi müəssisələrin fəaliyyətə başlamaları hədəflənir. Belə ki, dekorativ daşların, dezinfeksiyaedici, maye yuyucu və ağardıcı məhsulların, sement, mina təmizləyən avadanlıqların, tütün məmulatlarının, sintetik xalçaların, metal profillərin, eləcə də anbar stellajların, inşaat materiallarının və s istiqamətlərdə fəaliyyət göstərəcək sənaye müəssisələrinin istehsala başlamaları planlaşdırılır.
Qeyd edim ki, ölkəmizdə fəaliyyətə göstərən sənaye parklarında sahibkarlıq fəaliyyətinin inkişafı üçün əlverişli investisiya mühiti yaradılıb. Belə ki, sənaye parklarının rezidentləri dövlət vəsaiti hesabına hazır infrastrukturla - qaz, işıq, su, kanalizasiya, fiber-optik, daxili avtomobil və dəmir yolları xətləri ilə təmin edilirlər. Onlar qeydiyyata alındıqları tarixdən etibarən 10 il müddətinə əmlak, torpaq, gəlir vergilərindən, həmçinin istehsal məqsədilə texnikanın, texnoloji avadanlıqların və qurğuların idxalı zamanı ƏDV-dən və gömrük rüsumlarından azad olunurlar.
Bundan başqa, işğaldan azad olunmuş ərazilərdəki mövcud sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Bunlara xüsusi güzəştli bank kreditləri, sosial sığorta ödənişlərinin subsidiyalaşdırılması, kommunal xidmətlərə 20 faiz endirim, idxal olunan xammal və materiallar üzrə gömrük rüsumları və ƏDV-dən tam azadolma (müəyyən edilmiş siyahısıya əsasən) aiddir.
Sonda onu diqqətə çatdırım ki, indiyədək sənaye zonaları üzrə 153 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Sahibkarlar tərəfindən sənaye zonalarına 6,8 milyard manatdan çox investisiya yatırılıb və 10500-dən artıq daimi iş yeri yaradılıb. Mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 1 milyard manatdan çox investisiyanın yatırılması və 8400-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tutulur".
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
- 4 d. əvvəl
- 8 d. əvvəl
- 49 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Mədəni sərvətləri ehtiyatsızlıqdan məhv edənlər 2 ilədək həbs oluna bilər
-
2 saat əvvəl
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Şarj növbəsi? Unut - Hibridlərin yeni nəsli artıq Azərbaycanda!
Ən çox oxunanlar
Bank marketinq agentliyi xidmətləri satın alır
“Kənddən Şəhərə” Yeni il yarmarkası başlayır
Hökməli və Qobuda yolların təmirinə 1,4 milyon manat ayrıldı
Dekabrın 20-də gözlənilən hava şəraiti
Azərbaycandan Gürcüstana və İrana gedənlərin sayı artıb, Rusiya və Türkiyəyə gedənlərin sayı isə azalıb
Azərbaycana körfəz və MDB ölkələrindən gələnlərin sayı azalıb
Naxçıvanda 136 layihə üzrə yeni istehsal və xidmət sahələri yaradılıb, sahibkarlarının ixracı artıb
ABB növbəti dəfə yüksək təhlükəsizlik sertifikatı aldı!







.jpg)









