"Xalq Bank"ın vəziyyəti məlum oldu
"Xalq Bank" ASC 2024-cü ilin 9 ayını (yanvar-sentyabr) 54 milyon 48 min manat xalis mənfəət ilə başa vurub. Bank 2023-cü ilin eyni dövrünü 53 milyon 736 min manat xalis mənfəət ilə başa vurmuşdu. Beləliklə, "Xalq Bank"ın xalis mənfəəti 312 min manat artıb.
GƏLİRLƏRİ ARTIB
Marja.az Bankın rüblük hesabatlarına istinadən xəbər verir ki, "Xalq Bank"ın cəmi faiz gəlirləri 2023-cü ilin 9 ayında 116 milyon 336 min manat ikən, 2024-cü ilin 9 ayında 136 milyon 452 min manat təşkil edib (20 milyon 116 min manat və ya 17,3% artıb). Bankın cəmi qeyri-faiz gəlirləri isə 11 milyon 644 min manat və ya 56,8% artaraq 32 milyon 129 min manata yüksəlib.
2024-cü ilin 9 ayında "Xalq Bank"ın cəmi əməliyyat gəlirinin (faiz və qeyri-faiz gəlirləri) 31 milyon 760 min manat artmasına qarşılıq, cəmi əməliyyat xərci (faiz və qeyri-faiz xərcləri) 26 milyon 283 min manat artıb. Gəlirdəki artım xərcdəki artımdan çox olduğu üçün Bankın əməliyyat mənfəəti 5 milyon 478 min manat artaraq 63 milyon 804 min manat təşkil edib. Eyni zamanda, mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 1 milyon 602 min manat mənfəətə əlavə edilib. "Xalq Bank" cari ilin 9 ayı ərzində 65 milyon 406 min manat vergi ödənilənədək mənfəətindən 11 milyon 358 min manat mənfəət vergisi ödəyib.
Müqayisə üçün qeyd edəki, 2023-cü ilin 9 ayında mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlardan azad olmuş 194 min manat mənfəətə əlavə edilmiş, 5 milyon 530 min manat mənfəət vergisi ödənilmişdi.
Bu il "Xalq Bank" tərəfindən mümkün zərərlər üçün yaradılan məqsədli ehtiyatlara vəsait ayrılması və ödənilən mənfəət vergisi məbləğinin artması "Xalq Bank"ın xalis gəlirinin xeyli hissəsini silib.
KREDİT PORTFELİ 100 MİLYON MANATDAN ÇOX ARTIB
2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Xalq Bank"ın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 103 milyon 112 min manat və ya 5,6% artaraq 30 sentyabr 2024-cü il tarixində 1 milyard 930 milyon 77 min manata çatıb. Depozitlərdə dəyişiklik ilə əlaqədar olaraq Bankın cəmi aktivləri 140 milyon 88 min manat azalaraq 30 sentyabr 2024-cü il tarixində 2 milyard 942 milyon 459 min manat təşkil edib. 2023-cü ilin sonu ilə müqayisədə 2024-cü ilin 9 ayı ərzində "Xalq Bank"ın cəmi depozit portfeli 240 milyon 275 milyon manat azalaraq 1 milyard 980 milyon 696 min manata geriləyib. Şirkətlər cari hesablarda olan vəsaitlərini istifadə etdikləri zaman bankların depozit portfeli azala və bunun təsiri ilə aktivlər də düşə bilər.
Müştərilərin xəbərləri
Fintexin növbəti inqilabı: Epoint Azərbaycanda minlərlə sahibkar üçün maliyyələşməyə çıxışı necə açmağa hazırlaşır
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 1 həftə sonra
- 23 d. əvvəl
-
-
30 d. əvvəl
Future Lab və Bir ekosistemində yeni rəhbər təyinatları həyata keçirilib
-
54 d. əvvəl
Hacıqabul Quşçuluq Şirkətindən şəhid və qazi övladları üçün bayram tədbiri
- 1 saat əvvəl
-
1 saat əvvəl
Unibank kredit kartını yenilədi: Kredit xətti 30 min manat, güzəşt müddəti 72 gün!
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 10 GÜN
Tibb İşçiləri üçün 3%-dək endirimlə kredit - Expressbank
“Naxçıvan Enerji” 303 min dollarlıq ixrac həyata keçirib
“SOCAR CAPE” 430 min dollarlıq ixracla reytinqə daxil olub
“AZƏRENERJİ”nin ixracı 72%-dən çox artıb
Ən çox oxunanlar
“Azərbaycan Hava Yolları”nın ixracı 7% azalıb
Bakı Fond Birjasında ticarət dövriyyəsi 43% azalıb — REPO əməliyyatlarında 11,6 milyard manatlıq geriləmə
ARDNŞ-nin Qaz İxrac İdarəsinin ixracı 71,7% azalıb
“Azərpambıq Aqrar Sənaye Kompleksi”nin ixracı 84%-dən çox artıb
"PAŞA Kapital"ın rəhbərliyi yenidən formalaşdırılıb - İCRAÇI DİREKTOR VƏ MÜAVİNİ TƏYİN EDİLİB
“Azəralüminium” ixracını 27% artırıb
“AzerGold”un ixracı 79 milyon dolları keçib
“SOCAR Polymer” dövlət ixracatçıları arasında lider olub






















