AccessBank Avropa bankı ilə müqavilə imzalayıb
AccessBank AYİB-in Ticarətin Maliyyələşdirilməsi Proqramına qoşulub. Bu Proqram Azərbaycanda idxal-ixrac fəaliyyətini dəstəkləyəcək.AccessBank, Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə Ticarətin Maliyyələşdirilməsi Proqramı (Trade Facilitation Programme) çərçivəsində əməkdaşlıq müqaviləsi imzalayıb.
Bankın yaydığı məlumatda bildirilir ki, bu strateji təşəbbüs beynəlxalq ticarət əməliyyatlarını dəstəkləmək və Azərbaycanın bütün ərazilərində sahibkarların maliyyə imkanlarını genişləndirməyə xidmət edir.
Müqavilə, beynəlxalq ticarət iştirakçılarına əlavə maliyyə resurslarına çıxış imkanı yaradan vacib tərəfdaşlığı əks etdirir. Proqram çərçivəsində sahibkarlar zəmanət və maliyyə dəstəyi alaraq, riskləri azaltmaq, ticarət əməliyyatlarını asanlaşdırmaq, fəaliyyətlərini daha səmərəli idarə etmək və qlobal bazarlara çıxış imkanlarından yararlanma imkanı əldə edəcəklər.
AccessBank-ın İdarə Heyətinin sədri Davit Tsiklauri qeyd edib ki:
"Biz AccessBank-ın AYİB ilə saziş imzalaması və Ticarətin Maliyyələşdirilməsi Proqramına qoşulması ilə fəxr edirik. Bu mühüm Proqram müştərilərimizə daha rəqabətədavamlı və innovativ maliyyə həlləri təqdim eməklə, Azərbaycanda idxal-ixrac fəaliyyətini dəstəkləyəcək və ölkənin ümumi iqtisadi inkişafına töhfə verəcək".
Ticarətin Maliyyələşdirilməsi Proqramı çərçivəsində imzalanan saziş, AccessBank-ın geniş spektrli maliyyə xidmətləri göstərmək qabiliyyətini gücləndirəcək. Bundan əlavə, yerli şirkətlərə beynəlxalq ticarətdə daha səmərəli iştirak üçün zəruri vasitələr təqdim etməklə yanaşı, riskləri azaldacaq, iqtisadi inkişafı stimullaşdacaq.
1999-cu ildə yaradılan Ticarətin Maliyyələşdirilməsi Proqramı AYİB ölkələrində xarici və daxili ticarətin inkişafına xidmət edir. Proqram çərçivəsində AYİB beynəlxalq banklara seçilmiş banklara və faktorinq şirkətlərinə yerli ixracatçılar, idxalçılar və distribyutorlara qısamüddətli kreditlər təqdim etmək üçün zəmanət verir.
AccessBank Azərbaycanda KOB-lar üzrə ixtisaslaşan və 2002-ci ildən sərfəli maliyyə xidmətləri təklif edən kommersiya bankıdır. Bank yerli biznesin inkişafını dəstəkləyərək, əlçatan və sərfəli xidmətlər təklif edir və ölkə iqtisadiyyatının güclənməsində mühüm rol oynayır.
AYİB Azərbaycanın ən böyük institusional investoru olaraq, ölkədə 190 layihəyə 3,7 milyard avrodan çox sərmayə yatırıb. Bankın əsas missiyası ölkənin iqtisadi diversifikasiyasını və davamlı inkişafını dəstəkləməkdir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
8 saat əvvəl
Bakı–Tbilisi–Bakı sərnişin qatarlarının fəaliyyətilə bağlı yeni məlumat
-
- 10 saat əvvəl
-
11 saat əvvəl
Barclays: Robotlar Çinin işçi qüvvəsi itkisinin 60 faizini kompensasiya edə bilər
-
11 saat əvvəl
Azercell “Baku Flames” festivalında ilin “Ən Yaxşı Yerli Brend”i seçildi
-
11 saat əvvəl
AIREX 2026: Azərbaycan beynəlxalq daşınmaz əmlak sərgisinə ev sahibliyi edəcək
-
11 saat əvvəl
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
-
12 saat əvvəl
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
- 13 saat əvvəl
- 13 saat əvvəl
-
13 saat əvvəl
Eldar Əzizov: Güclü yağışlarla mübarizə üçün Bakıda islahatlara ehtiyac var
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 25 GÜN
Neft İranla bağlı xəbərlər fonunda ucuzlaşır
İnnovativ Gac Aion i60 modelinin Bakıda möhtəşəm təqdimatı baş tutdu
Sağlamlıq haqqında tibbi arayış olmadan işə qəbul qadağan edilir
Ən çox oxunanlar
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
1 gündə 500-ə yaxın sığortalı zərər görüb
Azərbaycanda daha bir aqropark yaradılıb
"İnvestAZ" ADPU Quba filialında seminar keçirib
Nazir Nəbiyev Dünya Bankının nümayəndə heyəti ilə görüşüb







.jpg)
















