"Azərbaycan Çindən Avropayadək “yaşıl dəhliz”in yaradılması təşəbbüsü ilə çıxış edir"
Azərbaycan Çindən Avropaya Orta Dəhliz marşrutu üzrə “yaşıl dəhliz” yaratmaq niyyətindədir.
Bunu "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC-nin baş direktoru Taleh Ziyadov jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, Orta Dəhlizi “yaşıl”a çevirmək üçün ona cəlb olunan bütün tərəflərin səyləri birləşdirilməlidir:
"Bu, liman, dəmir yolu və Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) və digər bütün qurumları əhatə edir. Bundan sonra digər bütün ölkələr - Qazaxıstan, Çin və sair. Hazırda koordinasiya gedir. “Yaşıl dəhliz”in hər kəs üçün vacib olduğu başa düşülür".
T. Ziyadov hesab edir ki, “yaşıl dəhliz” üçün çox böyük tələblərə ehtiyac yoxdur: limanların “yaşıl sertifikatlaşdırılma”sı, dəmir yollarının təmiz enerjiyə (günəş, külək enerjisinə) keçirilməsi.
O xatırladıb ki, 2026-cı ildə Avropa İttifaqı karbon vergisi tətbiq etmək niyyətindədir.
“Bu o deməkdir ki, əgər hər hansı bir konteynerniz Avropa İttifaqına gələrsə, onlar onun çatdırılmasında istifadə olunan mənbəyə baxacaqlar. Əgər mənbə yaşıl deyilsə, vergi tutulacaq. Bizim ideya ondan ibarətdir ki, Çindən Avropaya qədər tamamilə yaşıl olan bir dəhliz yaradaq və hətta sabah vəziyyət dəyişsə belə, hər kəs məhz bu dəhlizi yaşıl olduğu üçün istifadə etmək istəsin”, - T.Ziyadov bildirib.
O qeyd edib ki, Qazaxıstanda hidrogendən “yaşıl yanacaq” kimi istifadə imkanı çox ciddi şəkildə nəzərdən keçirilir: “Düşünürəm ki, 5-10 il ərzində hidrogen ümumi istifadə üçün daha əlçatan olacaq”
Xatırladaq ki, Orta Dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu (TBNM) Çin, Qazaxıstan, Azərbaycan, Gürcüstan və Türkiyədən keçməklə Avropa ölkələrinə qədər uzanır. Bakı-Tbilisi-Qars dəmir yolu xətti dəhlizin bir hissəsidir.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)


.jpg)



