İlk dəfə yerli istehsal olan 10.7 mm çaplı avtomat silahı və 7.62 mm çaplı snayper tüfəngi sərgilənəcək
5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisində (ADEX) Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan sahələrin, o cümlədən “Azərsilah” Müdafiə Sənayesi Holdinqi” QSC-nin üç stendində, ümumilikdə 193 adda eksponat nümayiş etdiriləcək. Bu eksponatlar arasında ilk dəfə olaraq 10.7 mm çaplı avtomat silahı və 7.62 mm çaplı snayper tüfəngi sərgilənəcək.
Bu sözləri Müdafiə Sənayesi Nazirliyinin (MSN) Hərbi-Texniki əməkdaşlıq şöbəsinin müdiri Gülsüm Rzayeva sentyabrın 19-da 5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” və 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” sərgilərinə həsr olunmuş mətbuat konfransında bildirib.
G.Rzayeva diqqətə çatdırıb ki, qonaqlar qeyd olunan məhsulların hər birinin texniki xüsusiyyətləri ilə sərgi zamanı əyani şəkildə tanış ola biləcəklər. “ADEX” çərçivəsində müxtəlif məhsullar nümayiş olunacaq və görüşlər keçiriləcək, həmçinin dövlətlərarası yeni razılaşmalar əldə olunacaq.
5-ci Yubiley Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi “ADEX” və 14-сü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisi “Securex Caspian” sərgilərində 38 ölkəni təmsil edən 270-dək şirkət iştirakını təsdiqləyib. İştirakçı ölkələr Azərbaycanla yanaşı, ABŞ, Belarus, Birləşmiş Ərəb Əmirlikləri, Bolqarıstan, Böyük Britaniya, Çexiya, Çin, İspaniya, İsrail, İtaliya, Litva, Macarıstan, Pakistan, Qətər, Rusiya Federasiyası, Serbiya, Sinqapur, Slovakiya, Türkiyə, Ukrayna və digərləridir. Builki sərgilər iştirakçıların ümumi sayının 34 faizini təşkil edən yeni şirkətlər hesabına yenilənib.
Qeyd edək ki, sərgilər sentyabrın 24-26-da Bakı Ekspo Mərkəzində keçiriləcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 həftə sonra
-
-
1 saat əvvəl
Mürvət Həsənli Kənd Təsərrüfatı Nazirliyi yanında İctimai Şuranın sədri seçilib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Mənzil seçərkən diqqət edilməsi vacib olan əsas amillər hansılardır?
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Unibankın Yeni il kampaniyası davam edir: 0 % komissiya, 2 % endirim!
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Yoxlama aparılıb, “On numara”da ciddi nöqsanlar aşkarlanıb
Bərdə heyvan satışı bazarı fəaliyyətini bərpa edib
Ən çox oxunanlar
Metroda gediş haqqına 50% endirim edildi
Sərvəti 600 milyard dolları aşan ilk insan oldu
"Rusiya Donbas, Krım, Zaporojye və Xerson bölgələri ilə bağlı kompromisə getməyəcək"
Bakcell texno-blogerlər üçün “Media Tech” təlimini həyata keçirdi
Azərbaycanda elektron siqaretlər qadağan olunur



















.jpg)



