İran, Ermənistandan keçən marşrutu dəstəklədiyinə görə Rusiya səfirini XİN-ə çağırıb
Rusiya “Zəngəzur dəhlizi”ni dəstəklədiyinə görə bu ölkənin səfiri İran XİN-ə çağırılıbİran Ermənistandan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək marşruta qarşı çıxıb.
Bununla bağlı Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında görüş keçirilib.
Bu barədə İran XİN məlumat yayıb.
Qeyd edilib ki, Dəmirçilu Rusiyanın Tehrandakı səfiri ilə görüşündə davamlı sülhün təminatçısı və regional sülhün əsası olan ölkələrin milli suverenliyinə, ərazi bütövlüyünə və qarşılıqlı maraqlarına hörmətdən danışıb.
O, İranın regionda sülh və sabitliyin bərqərar olmasını, region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsini dəstəklədiyini və regionun geosiyasi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə qarşı olduğunu vurğulayıb.
Görüşdə Qafqazda cari proseslər ətrafında fikir mübadiləsi aparılıb, ölkələrin regionda sülh və stabil olmasına dəstək, region ölkələri arasında əməkdaşlığın inkişafına köməklik göstərilməsi, beynəlxalq səviyyədə tanınmış sərhədlərin dəyişdirilməsi ilə mübarizə aparılması vurğulanıb.
Tərəflər, həmçinin qarşıdan gələn görüşlə bağlı bütün tərəflərin maraqlarını nəzərə alaraq, məsələlərin həlli və regionda sülhün və sabitliyin möhkəmləndirilməsinə və iqtisadi planların həyata keçirilməsinə kömək etmək üçün region ölkələrinin imkanlarından istifadə edilməsinin vacibliyini vurğulayıblar.
Həmçinin “3+3” formatı çərçivəsində qarşıdan gələn iclası və İran, Rusiya və Azərbaycan xarici işlər nazirlərinin görüşü müzakirə olunub.
Qeyd edək ki, bir müddət əvvəl Bakıda səfər olan Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiyanın "Birinci Kanalı"na açıqlamasında deyib ki, Paşinyan Qarabağ üzrə üçtərəfli razılaşmaları sabotaj edir.
“Təəssüf ki, Ermənistanın Sünik bölgəsindən (Zəngəzur-red.) keçən kommunikasiyalara gəlincə, altında baş nazir Paşinyanın imzası duran sazişi sabotaj edən məhz Ermənistan rəhbərliyidir. Belə bir mövqenin məntiqinin nə olduğunu anlamaq çox çətindir. Amma mən əminəm ki, üçtərəfli görüşlər çərçivəsində, üçtərəfli sənədlərdə qoyulan təməl tam şəkildə aktual olaraq qalır”, - Lavrov deyib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 15 saat əvvəl
- 15 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
















.jpg)


