Tanınmış ayaqqabı markaları Bakıya gəlir - SƏRGİ
Ayaqqabı biznesinin inkişafı üçün fürsət
Bakıda ilk dəfə ayaqqabı və dəri malları beynəlxalq sərgisi keçiriləcək.
"Marja" xəbər verir ki, sərgi "SHOESSTAR CASPIAN" adı ilə 2017-ci ilin 23-25 sentyabr tarixlərində Bakı Ekspo Mərkəzində (Heydər Əliyev prospekti, 515) keçiriləcəkdir.
Sərgi Azərbaycan Respublikası Ticarət və Sənaye Palatasının dəstəyi ilə keçirilir.
Sərgidə 10 ölkədən 30-dan çox əmtəə nişanı olan aparıcı istehsalçılar və distribyutorlar iştirak edəcəkdir.
Məqsəd pərakəndə satış sahiblərini və əmtəəşunasları “YAZ-YAY 2018" mövsümü üçün yeni böyüklər üçün kolleksiyalar, uşaq ayaqqabıları və müxtəlif dəri aksesuarları ilə tanış etməkdir.
Azərbaycan, Gürcüstan və İran Respublikalarının ayaqqabı sənayeçiləri də bu sərgiyə dəvət edilib.
3 gün ərzində Bakı ayaqqabı nümayişinin vitrini olacaq!
"Sərgi ayaqqabı istehsalçılarına və distribyutorlarına Azərbaycanın, Gürcüstanın və İranın bu sahədə xüsusiyyətlərini nəzərə almaq, mağaza sahiblərinə isə ölkəni tərk etmədən həm maliyyə həm də vaxt xərclərini münasib etmək və ayaqqabı modasının ən yeni ideyaları ilə tanış olmaq imkanı verir",- sərginin təşkilatçısı bildirib.
"SHOESSTAR" sərgisində dünyanın 10-dan artıq ölkəsinin, o cümlədən Almaniya, Portuqaliya, İspaniya, İtaliya, Çin, Braziliya, Ukrayna, Özbəkistan və Rusiyanın aparıcı şirkətlərinin ayaqqabı, çanta və dəri məmulatlarına qulluq üçün vasitələri də təqdim olunacaq.
"SHOESSTAR" sərgisinin iştirakçıları arasında qadın və kişi, rahat, klassik və ixtisaslaşdırılmış ayaqqabı istehsalçıları, eləcə də uşaq və yeniyetmə seqmenti təmsil olunacaq.
İştirakçılar arasında MARCO Tozzi, Tamaris, Caprice, ARA, JENNY, FLIORAJ, ROMIKA, INBLU, Vita, DE Arro, Özbəkistan dəri və ayaqqabı müəssisələri Birliyi “Uzbekçarmpoyabzali”, GLAMOUR, BEPPİ, XTI, CARMELLA, REFRESH, BASS D və s. tanınmış dünya markaları Sizi gözləyir.
Bu sərgi yalnız istehsalçıların və alıcıların görüşmək və müqavilə bağlamaq üçün sadəcə bir işgüzar meydança olmayacaq. Sərgiyə ekspozisiyalardan əlavə işgüzar və əyləncə proqramı da daxildir.
Bu il sərgi proqramına daxildir:
- sərginin ilk günündə Azərbaycan və Gürcüstan moda dizaynerlərinin ayaqqabı yeniliklərinin rəngarəng defilesi;
-“ PLM” gömrük şirkətinin direktoru Lyudmila Popovanın aparacılığı ilə “Azərbaycan ərazisinə xarici malların idxalı və ixracı qaydaları! Necə düzgün etmək və bununla artıq ödəməmək!” mövzusunda təlim - seminar.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 23 saat sonra
-
22 d. əvvəl
Azercell-in dəstəyi ilə “Azərbaycan Biznes Keys Müsabiqəsi 2026” baş tutub
-
-
31 d. əvvəl
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
- 52 d. əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
-
1 saat əvvəl
Unibank 1-ci rübün maliyyə nəticələrini açıqladı - "Bu il bankımız üçün transformasiya ilidir"
-
2 saat əvvəl
"NEQSOL Holding"in şirkətləri Azərbaycanda ən iri vergi ödəyiciləri sırasında
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
AzVak-da elan yerləşdirib, daha tez işçi tapın !
"PAŞA Bank" səhmlərinə sahib olun!
Bakcell-in baş icraçı direktoru Klaus Müller vəzifəsindən ayrılıb
"VTB (Azərbaycan)" böyüyüb - kredit və depozit portfelləri artıb
"AccessBank" 13 milyon manata yaxın xalis mənfəət açıqladı
Ən çox oxunanlar
Unicapital ilə PAŞA Bank səhmlərinə investisiya edin
Aprelin 15-də gözlənilən hava şəraiti
Bank omayan kredit təşkilatı mənfəətdən zərərə keçib






.jpg)






.jpg)







