Ən yüksək məhsuldarlıq Hacıqabulda olub -1 hektardan 51,4 sentner
Dövlət Statistika Komitəsinin yaydığı məlumata görə, fənli və dənli paxlalı bitkilərin kütləvi biçini başa çatmaq üzrədir. 2024-cü il avqust ayının 13-nə olan operativ məlumata əsasən payızlıq və yazlıq dənli və dənli paxlalı (qarğıdalısız) bitkilər üzrə biçilməsi nəzərdə tutulmuş 995,7 min hektar sahənin 979,3 min hektarı və yaxud 98,3 faizi biçilərək məhsulu yığılmışdır. Sahələrdən 2 milyon 937,3 min ton məhsul toplanmış, məhsuldarlıq 30,0 sentnerə bərabər olmuşdur.
Məhsulun 1 milyon 680,3 min tonunu və yaxud 57,2 faizini buğda, 1 milyon 227,4 min tonunu (41,8 faizini) arpa, 29,6 min tonunu (1,0 faizini) isə digər dənli və dənli paxlalı bitkiçilik məhsulları təşkil etmişdir.
Respublikanın 26 rayonunda dənli və dənli paxlalı (qarğıdalısız) bitkilərin biçini tam başa çatmışdır. Naxçıvan Muxtar Respublikasında və 29 rayonda biçilməsi nəzərdə tutulan sahənin 90,0 faizindən çoxu biçilmiş, digərlərində isə biçinin aparılması səviyyəsi 90,0 faizdən aşağı olmuşdur.
Ən yüksək məhsuldarlıq Hacıqabul (1 hektardan 51,4 sentner), Ağcabədi (müvafiq olaraq 44,4), Sabirabad (43,4), Salyan (42,0), Bərdə (41,6), Ağdam (41,5), Saatlı (41,0), İmişli (39,6), Samux (37,6), Zaqatala (36,1) və Beyləqan (35,9) rayonlarında olmuşdur.
Dənli və dənli paxlalı (qarğıdalısız) bitkiçilik məhsullarının digər rayonlara nisbətən daha çox istehsalı Cəlilabad (224,7 min ton), Şəki (152,7 min ton), Ağcabədi (144,9 min ton), Füzuli (130,7 min ton), Kürdəmir (125,2 min ton), Ağsu (108,2 min ton), Hacıqabul (106,2 min ton) və İsmayıllı (97,0 min ton) rayonlarında müşahidə olunmuşdur.
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 18 saat əvvəl
-
- 20 saat əvvəl
- 23 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB





















