Beynəlxalq Enerji Agentliyindən qlobal neft tələbatının artımı ilə bağlı proqnozlar
Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal neft tələbinin 2024 və 2025-ci illərdə gündə 1 milyon bareldən az artacağına inanır.
Marja Agentliyin hesabatına istinadən xəbər verir ki, 2024-cü ildə gündəlik 103,06 milyon barel, 2025-ci ildə isə 104,013 milyon barel təşkil edə bilər.
BEA-nın proqnozuna görə, 2024-cü ildə neftə tələbatın artımı orta hesabla gündəlik 970 min barel (eyni qiymətləndirmə iyul proqnozunda da verilmişdi), 2025-ci ildə isə 953 min barel (əvvəlki proqnoz 980 min barel) təşkil edəcək. Hesabatda qeyd olunur ki, bu artımlar, ötən il tələbin gündəlik 2,1 milyon barel artımından əhəmiyyətli dərəcədə yavaşladığını göstərir, çünki indi zəif makroiqtisadi amillər ön plana çıxır.
Agentlik qeyd edib ki, ikinci rübdə qlobal neft tələbatı gündəlik 870 min barel artıb. Təlabatın artım tempi Çində istehlakın azalması ilə məhdudlaşıb. Birinci rübdə tələbat 760 min barel/gün artmışdı. Çinin neftə tələbatı sənayenin yavaşlaması fonunda iyun ayında ardıcıl üçüncü ay azalıb və ilkin məlumatlar tendensiyanın iyul ayında da davam etdiyini göstərir.
Hesabatda deyilir: "2023-cü ildə Covid-dən sonrakı artımdan sonra Çində tələbin azalması indi qlobal artımı əhəmiyyətli dərəcədə aşağı sürükləyir. Eyni zamanda, iqtisadiyyatı inkişaf etmiş ölkələrdə, xüsusən də ABŞ-da güclənmə əlamətləri müşahidə olunur".
Müştərilərin xəbərləri
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
SON XƏBƏRLƏR
- 2 ay sonra
- 1 həftə sonra
- 20 saat əvvəl
-
- 22 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Qeyri Bank Kredit Təşkilatına illik 9 faizlə 1 milyon dollar pul lazımdır
- 1 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
2026-cı ildən sıfır xərclə ticarətə başlayın
TÜİB-in təşkilatçılığı ilə “Türkiyə–Azərbaycan iş dünyasında yeni üfüqlər” mövzusunda işgüzar səhər yeməyi keçirilib
Fevralın 1-də gözlənilən hava şəraiti
Mərkəzi Bank və Çinin “UnionPay” ödəniş sistemi anlaşdı
Supermarket şəbəkəsi Qara Qarayevdə 3-cü mağazasını açdı
İqtisadi Şuranın iclası keçirilib
Tramp açıqladı: Yeni FED sədri bəlli oldu
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Gənclər üçün Prezident mükafatları veriləcək - Sərəncam
Hər yerdə reklamlar danışır, amma müştərilər eşitmir
63 milyon 917 min turist, 65 milyard 231 milyon dollar gəlir
Poti–Bakı ekspres blok-qatarı yola salınıb - MƏRASİM KEÇİRİLİB























