SOCAR İtaliya şirkəti ilə anlaşdı
30 iyul 2024-cü il tarixində Azərbaycan Respublikasının iqtisadiyyat naziri, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) Müşahidə Şurasının sədri Mikayıl Cabbarov və SOCAR-ın prezidenti Rövşən Nəcəf İtaliyanın “Eni S.p.A” şirkətinin baş icraçı direktoru Klaudio Deskalzi ilə görüşüblər.
Bu barədə Marja-ya SOCAR-dan bildirilib.
Qeyd edilib ki,görüş çərçivəsində şirkətlər arasında enerji layihələri, enerji təhlükəsizliyi və səmərəliliyi, istixana qazlarının emissiyalarının azaldılması üzrə, həmçinin qaz nəqli infrastrukturları və dayanıqlılıq sahələrində potensial əməkdaşlıq imkanlarını araşdırmaq məqsədilə Anlaşma Memorandumu imzalanıb.
Memoranduma əsasən, tərəflər Azərbaycanda və “Eni S.p.A” şirkətinin əməliyyatlar həyata keçirildiyi ölkələrdə yeni və mövcud apstrim layihələrində sinerji və investisiya imkanlarını, həmçinin milli və beynəlxalq qaz nəqli infrastrukturları, eləcə də istixana qazı emissiyalarını azaldılması üzrə layihələr və texnologiyalar, enerji sənayesində davamlı inkişafı təşviq edən mümkün əməkdaşlıq sahələri ilə bağlı məsələləri nəzərdən keçirəcəklər.
Görüşdə Memorandumun şirkətlərin dekarbonizasiya strategiyalarına uyğun olduğu vurğulanıb və sənədin bu istiqamətdə görülən işlərə mühüm töhfə verəcəyi bildirilib.
Söhbət zamanı SOCAR ilə “Eni S.p.A” şirkəti arasında səmərəli əməkdaşlıq imkanları nəzərdən keçirilib və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
XXX
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və İtaliyanın "Eni S.p.A." şirkəti arasında enerji keçidi ilə bağlı Anlaşma Memorandumu imzalanıb.
"Marja" xəbər verir ki, bunu iqtisadiyyat naziri Mİkayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Enerji layihələri və enerji keçidi üzrə təşəbbüsləri əhatə edən əməkdaşlığa dair Anlaşma Memorandumu" enerji təhlükəsizliyinin gücləndirilməsinə və energetika sektorunda innovativ həllərin təşviqinə töhfəsini verəcək", - deyə o qeyd edib.
Həmçinin İqtisadiyyat naziri Mİkayıl Cabbarov İtaliyanın "Eni S.p.A." şirkətinin baş icraçı direktoru Klaudio Deskalsi ilə görüşüb. Görüşdə qlobal enerji keçidi ilə bağlı fikirlər bölüşülüb. Beynəlxalq tərəfdaşlarla əlaqələrin gücləndirilməsinin əhəmiyyətini vurğulanaraq əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)
.jpg)












.jpg)




