PAŞA Sığorta “İnklüzivlik ayı” adı altında sosial layihə həyata keçirib - FOTO
(®) Bir müddət öncə PAŞA Holding-in törəmə şirkətlərindən olan PAŞA Sığorta DOST Agentliyi ilə birgə “İnklüzivlik ayı” adı altında korporativ sosial məsuliyyət layihəsi həyata keçirib.
PAŞA Sığorta “Könüllü DOST” proqramının 5 illiyinə həsr olunan “İnkluzivlik ayı” layihəsinin baş sponsorudur.
Layihənin məqsədi autizm və daun sindromlu gənclərin, o cümlədən görmə qabiliyyəti məhdud olan şəxslərin cəmiyyətə inteqrasiyası, onların asudə vaxtlarının səmərəli keçirilməsinin təmin edilməsidir. Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsdiq edilmiş 2022-2026-cı illərdə ölkəmizin sosial-iqtisadi inkişaf Strategiyasının icrası ilə bağlı həyata keçirilən “İnklüzivlik ayı” layihəsi bir neçə ay uğurla davam etmişdir.
Layihə çərçivəsində həyata keçirilən “Yaşıl dünya naminə!” həftəsində Daun Sindromlu Şəxslərin Reabilitasiya Mərkəzinin benefisiarları və Könüllü DOSTların iştirakı ilə masterklasslar həyata keçirilmişdir. Həmçinin, görmə qabiliyyəti məhdud uşaqların toxunaraq hiss edəcəyi xüsusi «eko-terapiya» da reallaşmışdır.
“Yaradıcı düşüncələr” həftəsində xüsusi qayğıya ehtiyacı olan şəxslərin hazırladıqları keramika işləri və rəsm əsərləri layihənin qala gecəsində satışa çıxarılmışdır.
Bağlanış mərasimində “İnklüzivlik ayı” layihəsi çərçivəsində hazırlanmış işlərdən ibarət sərgi ilə tanışlıq olub, daun sindromlu gənclərin “Rockabilly dance” rəqs nömrələri, “Danceability” inklüziv rəqs performansı təqdim olunub, daun və autizmli gənclərinin iştirakı ilə “Adaptiv moda” gecəsi keçirilib.
Xatırlatmaq istərdik ki, uşaqların gələcəyi PAŞA Qrup-un Korporativ Sosial Məsuliyyət (KSM) fəaliyyətləri çərcivəsində yer alan önəmli istiqamətlərdəndir
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
- 26 d. əvvəl
-
- 3 saat əvvəl
- 4 saat əvvəl
- 5 saat əvvəl
-
19 saat əvvəl
BOKT “International”ın xalis mənfəəti 15% artıb, aktivləri 60 milyon manatı keçib
- 21 saat əvvəl
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
BOKT “İnkişaf Üçün Maliyyə”nin mənfəəti 26% artıb
79 və 119 nömrəli marşrut xətlərində avtobuslar yenilənir
“Pidem” Abşeron Ticarət Mərkəzində yeni filial açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
Ən çox oxunanlar
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb











.jpg)











.jpg)

