Bakıda "Neta Auto" satış mərkəzi açıldı - MODELLƏR TƏQDİM OLUNDU, QİYMƏTLƏRİ AÇIQLANDI
(®) Azərbaycanın avtomobil sektorunda qabaqcıl şirkətlərdən olan "Group Motors" Neta avtomobillərinin satış mərkəzinin möhtəşəm açılışını keçirib.
Bu yeni satış mərkəzi, ən son elektrik avtomobil texnologiyalarını və innovativ dizaynları təqdim edərək, ölkəmizdə elektrik avtomobilləri sahəsində yeni bir səhifə açır.
Yeni satış mərkəzinin açılış mərasimi Babək prospekti 29 ünvanında keçirilib və bu tədbirdə tanınmış şəxslər, "Neta Auto"nun qlobal nümayəndəliyi və media nümayəndələri iştirak ediblər. Axşam tədbirin aparıcısının səmimi qarşılaması ilə başladı və bütün gecə boyu həyəcan dolu anlar yaşandı.
2006-ci ildə təsis edilmiş "Group Motor" Azərbaycanın avtomobil sənayesində nüfuzlu şirkətlərdəndir. Şirkət Subaru, Ford, Mitsubishi, Honda, Mazda və Toyota kimi tanınmış markaları təmsil edir. Neta Auto Group Motors-un portfelinə daxil olan ilk Çin brendi olaraq şirkətdə innovasiya və texnologiyada yeni bir səhifə açır.
Tədbirin ilk çıxışı "Group Motors"un marketinq meneceri Aşur Cəbiyev tərəfindən olub. O, "Group Motors"un inkişaf yolunu və "Neta Auto" ilə əməkdaşlığın strateji əhəmiyyətini vurğulayıb. Daha sonra, "Neta Auto"nun qlobal nümayəndəsi şirkətin vizyonunu və texnoloji üstünlüklərini izah edib.
Rəsmi açılış mərasimində elektrik avtomobilin şarj cihazları birləşdirilərək salonun açılışı elan edilib və bu, Azərbaycanın elektrik mobilliyində yeni bir dövrün başlanğıcını simvollaşdırıb. Qonaqlar tanınmış müğənninin ifası ilə gecənin zövqünü çıxardılar.
Gecənin əsas məqamı Neta U və Neta V modellərinin təqdimatı oldu. Bu iki model, artıq Azərbaycanda mövcuddur və avtomobillər əlçatan qiymət, üstün texnologiya və sərfəli kredit şərtləri ilə fərqlənir. İştirakçılar bu modelləri yaxından tanımaq və onların üstünlüklərini görmək imkanı əldə ediblər.
Neta V elektrikli avtomobili ilkin ödəniş olaraq 8550 manat, aylıq 510 manat ödəniş və tam qiymət olaraq 29 900 manata, Neta U elektrikli avtomobili isə ilkin ödəniş olaraq 12 000 manat, aylıq 730 manat ödəniş və tam qiymət olaraq 42 900 manata təklif olunur.
"Group Motors" şirkətinin təmsilçisi Aşur Cəbiyev çıxışında Neta S, Neta L və Neta GT modellərinin yaxın aylarda Azərbaycan bazarına təqdim ediləcəyini elan edib. Bu modellər, qabaqcıl texnologiya və müasir dizaynı birləşdirərək, bənzərsiz sürüş təcrübəsi təqdim edəcək. Məlumat üçün qeyd edildi ki, Neta L və S modelləri Extended Range texnologiyası ilə təchiz edildiyi üçün tək şarjla 1000 km-dən artıq məsafə qət edir.
Axşam DJ musiqisi ilə davam edib, bu da qonaqlara canlı və dinamik bir atmosfer yaratdıb. Eyni zamanda, lotereya çəkilişi tədbirə əlavə həyəcan qatdı və qaliblər qiymətli hədiyyələr qazanıblar.
Neta satış mərkəzinin açılışı "Group Motors"un mükəmməlliyə və innovasiyaya olan sadiqliyini bir daha sübut etdi. "Neta Auto" ilə əməkdaşlıq "Group Motors"un Azərbaycanın elektrik mobilliyində lider olmasına imkan verəcək və müştərilərinə ən son avtomobil texnologiyalarını təqdim edəcək.
Ətraflı məlumat üçün Neta Auto-nun veb-saytına keçid edə və ya *5665 nömrəsinə zəng edə bilərsiniz.
Group Motors haqqında
Group Motors şirkəti 2006-ci ildən bəri Azərbaycanın avtomobil sənayesində liderlərdən biridir. Şirkət, yüksək keyfiyyətə və müştəri məmnuniyyətinə önəm verərək, dünyanın ən tanınmış avtomobil markalarını ölkəmizdə təmsil edir. Şirkət dəfələrlə qlobal mükafatlar qazanmışdır. Bunlara nümunə olaraq Toyota Absheron üçün 2019, 2021 və 2022-ci illərdə "Ichiban: Avropanın Ən Yaxşı Dileri" mükafatını qazanmışdır. Bundan əlavə, Mazda Motor Corporation tərəfindən 2020-ci ildə "Həcmin Artırılması" mükafatı ilə təltif edilmişdir. Bu mükafatlar, Group Motors-un müştərilərə göstərdiyi yüksək keyfiyyətli xidmətin və uğurlarının bir göstəricisidir.
Neta Auto haqqında
2014-cü ildə təsis edilmiş Neta Auto qabaqcıl elektrik avtomobil istehsalçısı olaraq, avtomobil sənayesində innovativ və texnloji xüsusiyyətləri ilə öz adını geniş yaymışdır. Şirkət 2020-ci ildə Neta U və Neta V modellərini bazara çıxararaq, SUV seqmentində də gücünü göstərmişdir. "Neta Auto", bu modellərlə yalnız Çin bazarında deyil, eyni zamanda qlobal bazarda da böyük uğurlar əldə etmişdir. Belə ki, "Neta Auto" ümumi olaraq 420 000-dən artıq avtomobil satışına nail olmuşdur.
Əlaqə məlumatları:
Tel: 012 349 49 80 / *5665
Ünvan: Babək prospekti 29
Veb-sayt: www.netaauto.az
İnstagram: netauto.azerbaijan
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 1 gün sonra
-
- 4 saat əvvəl
-
5 saat əvvəl
"Azərbaycan Dəmir Yolları"da 6 milyard 263 milyon manatlıq defisit - ÖTƏN İL ZƏRƏRİ 18 DƏFƏ ARTIB
- 6 saat əvvəl
-
6 saat əvvəl
Bakcell “Media Savadlılığı” Konfransının innovasiya tərəfdaşıdır
- 6 saat əvvəl
- 7 saat əvvəl
-
8 saat əvvəl
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
-
8 saat əvvəl
Dövlət şirkəti istiqraz buraxılışı yolu ilə 30 milyon dollar borc alır
- 8 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dövlət Vergi Xidmətinin rəisinə 2 yeni müşavir təyin edilib
Elektron siqaretlərin idxalı və satışı ilə məşğul olan şirkətlər ciddi narahatdırlar – “DAHA UZUN ZAMANA EHTİYACIMIZ VAR”
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub
Vergi nəzarətində yeni mərhələyə keçid planlaşdırılır - elektron audit tədbirinin ləğvi nəzərdə tutulur
Ən çox oxunanlar
11 ayda kərə yağı idxalı Azərbaycandan təxminən 160 milyon dolların çıxmasına səbəb olub
1 ton Azərbaycan narının ixracından gəlir 100 dollar artıb
Bakı metrosunun reklam gəlirləri açıqlanıb
"KƏPƏZ BOKT"ın istiqrazlarına 55 investor 55 sifariş təqdim edib, emissiya tam məbləğdə yerləşdirilib
11 ayda Azərbaycana 108 milyon dollara yaxın gəlir gətirən məhsul






















.jpg)
