"Biz iqlim dəyişikliyinin təsirinə həssas olan əlavə kənd təsərrüfatı ərazilərini sığortalamayı planlaşdırırıq"
Aqrar Sığorta Fondu Azərbaycanda kənd təsərrüfatı təyinatlı ərazilərin sığortalanmış hissəsini hazırki 25 %-dən 31 %-ə çatdırmağı planlaşdırır.
Bunu Fondun İdarə Heyətinin sədri Fuad Sadıqov Bakıda keçirilən Azərbaycan Beynəlxalq Sığorta Forumunda ("Azerbaijan International Insurance Forum" - AIIF-2024) bildirib.
“Son 3 ildə ölkədə kənd təsərrüfatı sığortası dinamik inkişaf edib. Aqrar sığorta fırtına, qasırğa, quraqlıq kimi müxtəlif riskləri əhatə edir, ərzaq təchizatında mühüm rol oynayır. Biz iqlim dəyişikliyinin təsirinə həssas olan əlavə kənd təsərrüfatı ərazilərini sığortalamayı planlaşdırırıq. Bu təşəbbüslər quraqlıq kimi risklərin mənfi nəticələrini azaltmaqla fermerlər üçün hərtərəfli müdafiə təmin etməyi hədəfləyir", - deyə o qeyd edib.
F.Sadıqovun sözlərinə görə, iqlim dəyişikliyi kənd təsərrüfatına ciddi təsir göstərir, təbii fəlakətlərin tezliyi və şiddəti artır:
"Buna cavab olaraq, Fond riskləri azaltmaq üçün müxtəlif layihələr üzərində fəal işləyir. Xüsusi diqqət çoxillik bitkilərə yönəlib, çünki onlar xüsusilə həssasdır. İqlim dəyişikliyi nəticəsində yer üzünün 35 %-dən çoxu quraqlıqla üzləşə bilər. Bu şəraitdə fermerlərin kənd təsərrüfatı sığortası kimi təşəbbüslərlə dəstəklənməsi zəruridir. Dünya Bankının məlumatına görə, son 40 ildə təbii fəlakətlərin sayı 400 % artıb. Əgər 1980-ci illərdə illik təxminən 250 təbii hadisə baş verirdisə, 2020-ci ildə bu rəqəm təxminən 900 olub ki, bu da kənd təsərrüfatı məhsuldarlığında böyük itkilərə səbəb olub. Hazırda kənd təsərrüfatı sığortası xidmətləri ölkənin əkin sahələrinin 96%-ni əhatə edir və fermerlərə mühüm maliyyə müdafiəsi təmin edir. Bundan əlavə, sığorta ödənişlərinin 52 %-ni hökumət subsidiyalaşdırır və bu, sığorta öhdəliklərini dövlətin təmin etdiyini göstərir”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
3 gün sonra
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 2 gün sonra
-
-
11 d. əvvəl
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
- 52 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
Sony gözləntiləri üstələyən mənfəət artımı açıqlayıb, proqnozunu yüksəldib
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
“Azərsun Holdinq” “Üçüncü Bahar” İctimai Birliyinə dəstək verəcək
"SOCAR AQŞ" növbəti iki ildə Türkiyədə 8 quyu qazacaq
Azərbaycan şirkəti İraqda tenderlərdə iştirak edir
Ən çox oxunanlar
Bitcoin-in qiyməti son 15 ayın ən aşağı səviyyəsində
Rəsmi məzənnələr açıqlandı
“Cahan Holdinq” 2026-cı ildə 340-a yaxın yeni iş yerinin yaradılmasını nəzərdə tutur
Qəhvə qiymətləri son 6 ayın ən aşağı səviyyəsini görüb


























