Şamaxıda Hava Şarları Festivalı keçiriləcək
İyunun 8-9-da Şamaxıda növbəti Hava Şarları Festivalı (Balloon Festival) keçiriləcək.
Şamaxı Rayon İcra Hakimiyyətinin dəstəyi ilə “EZONE” şirkəti tərəfindən təşkil olunacaq Hava Şarları Festivalının əsas məqsədi ölkəmizin, o cümlədən festivalın keçirildiyi Şamaxı rayonunun turizm potensialına töhfə verməkdir.
İyunun 8-i və 9-da səhər saatlarında (saat 05:00-08:00 aralığında) baş tutacaq uçuşlar zamanı Şamaxının Meysəri kəndi üzərindən səmaya müxtəlif rəng, forma və dizaynda hava şarları qalxacaq. Bu mənzərə izləyicilərə unudulmaz təəssüratlar vəd edir.
Hava şarlarında turistik uçuşlar hələ ki, həyata keçirilmir. Lakin yerli pilotların beynəlxalq mütəxəssislərlə birgə həyata keçirəcəyi nümayiş uçuşlarını Meysəri kəndi ərazisindən hər kəsin seyr etmək imkanı olacaq.
“iTicket.az” saytı vasitəsilə qeydiyyatdan keçən şəxslər isə Meysəri kəndindəki “Şirvan Şərabları” kompleksi ərazisində rəngarəng əyləncə və konsert proqramını da izləyə biləcəklər.
Xatırladaq ki, Şamaxıda ilk Hava Şarları Festivalı ötən ilin iyununda keçirilib. Festival ilk dəfədən böyük marağa səbəb olub.
Türkiyəli pilotlar Şamaxıda hava şarları festivalında iştirak etməyə hazırlaşırlar
Türkiyədən bir qrup hava şarı pilotu Şamaxıda keçiriləcək hava şarları festivalında iştirak edəcək.
Bu barədəTürkiyədə hava şarlarının layihələndirilməsi və istehsalı ilə məşğul olan “PAŞA Balloons” şirkətinin hava şarı pilotu Alihan Tombak məlumat verib. Onun sözlərinə görə, artıq Azərbaycan tərəfindən altı hava şarı, o cümlədən üzərində Azərbaycan bayrağı olan hava şarı alınıb və Şamaxıdakı ikinci festival zamanı türkiyəli pilotlar tərəfindən idarə olunacaq.
Pilot Türkiyədə hava şarı pilotlarının hazırlanması kurslarının təşkilindən danışıb, Azərbaycandan ilk üç mütəxəssisin artıq pilot kursu keçdiyini qeyd edib. Azərbaycanlı mütəxəssislər təkcə nəzəri biliklərə yiyələnməyəcəklər, eyni zamanda, sınaq uçuşlarına cəlb olunacaqlar.
A. Tombak, pilotun idarə edə biləcəyi hava şarı səbətinin ölçüsünü məhz uçuş vaxtının təyin etdiyini bildirib. Məsələn, 28 sərnişini olan hava şarını göyə qaldırmaq üçün pilotun havada 550 saat, 32 sərnişini olan səbət üçün isə 1500 saat sərf etməsi tələb olunur.
Eyni zamanda, uçuş müddətində pilotlar toqquşmalar da daxil olmaqla, hər hansı bir hadisənin qarşısını almaq üçün bir-birləri ilə ratsiya vasitəsilə əlaqə yaradırlar.
“Hazırda hava şarında uçuş zamanı evlilik təkliflərinin edilməsi məşhur ənənəyə çevrilib və bu zaman əsasən ürək formalı hava şarından istifadə olunur”, - A.Tombak deyib.
Kapadokyada keçirilən məşhur hava şarı festivalından danışan pilot təşkilatçıların Azərbaycan tərəfinə də üçgünlük tədbirdə iştirak etməyi təklif etdiklərini bildirib.
“Kapadokya festivallarında dünyanın müxtəlif yerlərindən dinozavrlar, maşınlar, heyvanlar, dəniz ulduzları şəklində müxtəlif formalı hava şarlarını görə bilərsiniz. Azərbaycanın festivalda iştirakına ümid edirik”, - deyə Türkiyə şirkətinin pilotu bildirib.
© Azərtac
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
-
2 saat əvvəl
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
-
- 2 saat əvvəl
-
3 saat əvvəl
Metro üçün Asiya bankından 180 milyon dollar borc alındı - Kredit sazişi imzalandı
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
-
4 saat əvvəl
İkiqat qitə çempionları sponsor və azarkeşləri ilə görüşüblər - FOTOLAR
-
5 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 5 saat əvvəl
- 6 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
Kənd təsərrüfatında iddialı dönüş: Ağsu Aqropark istehsalı artırır
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
Bakı Limanında quru yük aşırılması 77% artıb
Ən çox oxunanlar
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
TuranBank beynəlxalq fonddan vəsait cəlb edib
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI




















