Azərbaycanda özbaşına inşa edilmiş mənzillərlə bağlı hüquqi sənədlər hazırlanır
Azərbaycanda müstəqilliyin ilk illərində, xüsusilə Sovet İttifaqı dövründə özbaşına inşa edilən, sənədləşdirilməsi mümkün olmayan evlərin təsnifatlaşdırılaraq qeydiyyata cəlb olunması istiqamətində normativ hüquqi sənədlər hazırlanır.
Bu barədə İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin İdarə Heyətinin sədr müavini Elşad Məmmədov jurnalistlərə açıqlamasında deyib.
Onun sözlərinə görə, Azərbaycanda 7 mindən artıq sahibkarın qeyri-yaşayış obyektinin sənədləşdirməsi işlərinə artıq başlanılıb və uğurlu bir təcrübə əldə olunub: “Hazırda yaşayış fonduna tətbiqi istiqamətində işlər aparılır. Prezidentin ötən ilin noyabrın 17-də daşınmaz əmlakın elektron reyestr və kadastr informasiya sisteminin yaradılması ilə bağlı fərmanı olub. Daşınmaz Əmlakın Elektron Reyestr və Kadastr İnformasiya Sistemi daşınmaz əmlakın qeydiyyatı və kadastr sahəsində bütün növ əməliyyatların tam elektronlaşdırılmasını və elektron qaydada həyata keçirilməsini nəzərdə tutur”.
O qeyd edib ki, bundan sonra vətəndaşlar müxtəlif dövlət orqanlarına kağız sənədləri alaraq gəlməyə məcbur olmayacaq, bu qurumlar elektron inteqrasiya nəticəsində biri-birlərindən lazımi sənədləri əldə edəcəklər: “Bu istiqamətdə normativ-hüquqi sənədlərin təkmilləşdirilməsi ilə bağlı fərmanda tapşırıq qoyulub. Hazırda həmin normativ sənədlərin hazırlanması davam etdirilir. Portal yaradıldıqdan sonra bütün növ sənədlərin elektron qeydiyyatına başlanılacaq. Burada önəmli yeniliklərdən biri də xüsusilə çoxmənzilli yaşayış binalarında mənzil əldə edilməsi ilə bağlıdır”.
Bildirib ki, hazırda yaradılacaq modulda çoxmənzilli yaşayış binasının tikintisinə icazə alındığı andan etibarən həmin binanın xüsusi bir imitasiyası portalda qeyd olunacaq: “Hər bir mənzil ancaq elektron portal vasitəsilə alqı-satqı oluna biləcək. Bir şəxsə mənzil satıldıqdan sonra həmin mənzil bloklanacaq və ikinci, üçüncü şəxslərə satılmasına yol verilməyəcək. Eləcə də mənzilin ümumi sahəsinin qanunvericiliyə uyğun olaraq hesablanması, ödənişlərin elektron hökumət portalı vasitəsilə həyata keçirilməsi nəzərdə tutulur”.
E.Məmmədov Mənzil-Tikinti Kooperativlərinin (MTK) bir mənzili bir neçə hissəyə bölüb satmaları məsələsinə də münasibət bildirib. O qeyd edib ki, MTK-lar fiziki olaraq mənzili bölüb, yeni qapı qoyub və ya başqa müxtəlif dəyişikliklər edərək sata bilirdilər. Vətəndaşlar sənədləşməyə gələndə məlum olurdu ki, əslində layihədə belə bölgü nəzərdə tutulmayıb. Alqı-satqı əməliyyatları tam elektronlaşdıqdan sonra layihədə olmayan hissə artıq portalda mövcud olmayacaq. Yəni əgər rəsmi qaydada layihəyə dəyişiklik edilməyibsə, şəhərsalma qaydalarına uyğun olaraq layihə təsdiqlənməyibsə, MTK özü fiziki vəziyyət yaradaraq alqı-satqı edə bilməyəcək. Bunun üçün portalda mənzilin hər bir imitasiyası olacaq. Hər bir otağının, hər bir yaşayış və köməkçi sahənin yerləşmə mövqeyi öz əksini tapacaq, vətəndaş aldığı mənzilin bütün məlumatlarını görə biləcək”.
E.Məmmədov bildirib ki, yeni yaradılan portalda elektron arxiv modulu olacaq: “Hər bir vətəndaş öz şəxsiyyət vəsiqəsinin PİN-kodunu orada yazdığı zaman ona digər dövlət orqanlarının bu günə qədər verdiyi sənədlərin elektron təsdiqlənmiş sürətlərini görəcək: “Məsələn, vətəndaşa hər hansı icra hakimiyyəti tərəfindən bir torpağa aid sərəncam verilibsə, qeydiyyat üçün həmin kağızı fiziki olaraq gətirməyə ehtiyac olmayacaq. Həmin dövlət orqanı ilə elektron interasiya qaydasında vətəndaş sənədi portalda görəcək”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 3 gün sonra
-
-
3 saat əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
21 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 21 saat əvvəl
- 22 saat əvvəl
-
22 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
22 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
22 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
22 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 23 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi



















.jpg)
