Şərifov: Qara dənizin dibi ilə kabel layihəsi üzrə beynəlxalq tərəfdaşlarla sıx işləyirik
Azərbaycan Qara dənizin dibi ilə kabel çəkilişi layihəsinin uğurla həyata keçirilməsi üçün Dünya Bankı, Asiya İnkişaf Bankı (ADB) və digər beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq edir.
Bunu Azərbaycanın maliyyə naziri Samir Şərifov “Orta Dəhliz: Avropa və Asiya arasında əlaqələrin yenidən qurulması” mövzusunda panel müzakirəsi zamanı deyib.
“Azərbaycan bu layihənin bir hissəsidir. Xəzər dənizi bərpa olunan mənbələr baxımından böyük enerji potensialına malikdir”, - o vurğulayıb.
“Bildirildiyi kimi, bu layihə ilə əsasən dənizin dibi ilə elektrik enerjisinin nəqli həyata keçiriləcək. Beləliklə, bu, həm Gürcüstanın, həm də Azərbaycanın enerji istehsalı potensialının artırılmasını əhatə edəcək. Azərbaycan enerji keçid strategiyasını qəbul edib. Bu strategiyaya əsasən, o, təbii yanacağa əsaslanan elektrik enerjisi istehsal gücünü tədricən bərpa olunan enerji mənbələri ilə əvəz edəcək”, - nazir əlavə edib.
Onun sözlərinə görə, bu səylərin bir hissəsi Azərbaycanın Xəzər şelfində bərpa olunan enerji mənbələrindən istifadə üçün böyük potensialın açılmasıdır:
“Beləliklə, biz bir sıra beynəlxalq maliyyə institutları ilə sıx əməkdaşlıq edirik. İlk növbədə, bu, Dünya Bankıdır. Biz bu layihənin inkişafında Avropa Yenidənqurma və İnkişaf Bankı və ADB-in də rolunu görürük”.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
-
2 saat əvvəl
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
- 6 saat əvvəl
-
- 1 gün əvvəl
- 1 gün əvvəl
-
1 gün əvvəl
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
- 1 gün əvvəl
-
1 gün əvvəl
“Best Managed Companies Azerbaijan 2026” müsabiqəsinin ikinci mərhələsi başlayıb
-
1 gün əvvəl
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
- 1 gün əvvəl
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Yalnız yağın ödənişini edin — Filtr və işçilik bizdən hədiyyə!
Endirimli nağd pul krediti – EXPRESSBANKDA
Fevralın 8-də gözlənilən hava şəraiti
Tramp, İran üçün ümidverici danışdı, lakin hədəsini yenilədi
Avtomobil Yolları Dövlət Agentliyinin sədri dəyişdi - SƏRƏNCAMLAR
Azərbaycan Rusiyaya nota verdi
Çip sektoru 1 trilyon dollara doğru irəliləyir
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Azərbaycanda yalnız bir bankın əməliyyat xərcləri azalıb - SİYAHI
Azərbaycan Dəmir Yolları 20 faiz daha çox sərnişin daşıyıb






















