Aqrar sığorta ekspertlərinə ödənilən xidmət haqları artırılıb - MƏBLƏĞLƏR
Azərbaycanda dövlət dəstəyi ilə tətbiq edilən aqrar sığorta mexanizmində aqrar sığorta ekspertləri üçün nəzərdə tutulan xidmət haqları artırılıb.
Aqrar Sığorta Fondunun Himayəçilik Şurasının 2024-cü il 13 mart tarixli qərarı ilə ekspertlərə ödənilən xidmət haqları 7,5% artırılıb. Yeni qərarla ekspertlərin fəaliyyət göstərdiyi bütün istiqamətlərdə - bitkiçilik, heyvandarlıq, akvakultura məhsulları üzrə xidmət haqları yüksəldilib.
Belə ki, kənd təsərrüfatı bitkiləri və bitkiçilik məhsullarının sığortası üzrə riskin qiymətləndirilməsi zamanı 1 gün ərzində 1 sığorta müqaviləsi üzrə 27 manat, sonrakı hər müqavilə üzrə 13 manat xidmət haqqı nəzərdə tutulub. Əkin sahələri üzrə zərərin qiymətləndirilməsi zamanı isə 1 gün ərzində 1 sığorta hadisəsi üzrə ödəniləcək məbləğ 67,2 manat, sonrakı hər müqavilə üzrə 54 manat nəzərdə tutulub.
Kənd təsərrüfatı heyvanlarının sığortası zamanı riskin qiymətləndirilməsi üzrə baza məbləğləri 21 manat, 60 manat və 115 manata qaldırılıb. Kənd təsərrüfatı heyvanlarının sığortasında zərərin qiymətləndirilməsi üzrə 1 baş heyvana görə ödəniləcək məbləğ 33 manat müəyyən edilib.
Akvakultura məhsullarının (balıqçılıq təsərrüfatlarının) sığortası üzrə məbləğlər isə risk qiymətləndirməsi üzrə 67,2 manat, zərər qiymətləndirməsi üzrə isə 107,5 manata qaldırılıb.
Xatırladaq ki, aqrar sığorta ekspertləri təsərrüfatlara baxış keçirir, sığortalanan təsərrüfatlarda riski qiymətləndirir, zərər baş verdikdə isə dəymiş zərəri hesablayırlar. Bu xidmətlərə görə ekspertlərə xidmət haqqı və yol pulu ödənilir. Xidmət haqları hesabına Azərbaycanda aqrar sığorta ekspertlərinin aylıq gəlirləri 1000-2000 manatdan başlayır.
Aqrar sığorta eksperti olmaq istəyən şəxslər Aqrar Sığorta Fondunda müvafiq təlimləri və Dövlət İmtahan Mərkəzinin (DİM) təşkil etdiyi imtahanı müvəffəqiyyətlə keçməlidir. Hazırda Aqrar Sığorta Fondu aqrar sığorta eksperti olmaq üçün müaciətlərin qəbulunu elan edib. Müvafiq ixtisası olan şəxslər təlimlərə qatılmaq üçün Fondun rəsmi emalinə ([email protected]) və ya 1651 nömrəsinə müraciət edə bilərlər.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
1 gün sonra
Bazara iki istiqraz çıxarılır - Dollar ilə 9%, Manat ilə 14% gəlir təklifi
-
- 33 d. əvvəl
-
37 d. əvvəl
"FİNCA Azərbaycan"ın dollar istiqrazlarına 53 investor 53 sifariş təqdim edib - HƏRRACIN NƏTİCƏSİ
-
1 saat əvvəl
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
"bp-Azərbaycan"dan 2025-ci ilin yekunları üzrə BİZNES ƏMƏLİYYATLARI HESABATI
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
"KƏPƏZ BOKT" illik 15%-lə 1 milyon manat borc aldı
DTX Ramiz Mehdiyev, Abbas Abbasov, Əli Kərimli və digərləri barədə məlumat yaydı - VİDEO
Yaxın günlərdə fermerlərə subsidiya ödənişlərinə başlanacaq
bp-də işləyən Azərbaycan vətəndaşlarının sayı azalıb
Ən çox oxunanlar
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
KPMG Bakıda 2-ci ofisini açdı
“Gemini” istifadəçilərə artıq Azərbaycan dilində də təqdim olunur
Daha bir bank nağd kredit üzrə faiz dərəcəsini endirdi

























