Bankda işləmək istəyən tələbə və məzunların nəzərinə
“PAŞA Bank” “Analytics Zone” təlim düşərgəsinə qeydiyyatı açıq elan edir.(®) Azərbaycanın aparıcı korporativ maliyyə institutu “PAŞA Bank” ali təhsil müəssisələrinin sonuncu kurs bakalavr, magistr tələbələri, eləcə də 2022-ci və 2023-cü illərin universitet məzunları üçün “Analytics Zone” adlı təlim düşərgəsinin qeydiyyatına start verib.
“PASHA Bank Talent Academy” tərəfindən keçirilən təlim düşərgəsinin əsas məqsədi bank sektorunda karyera inkişafı arzulayan şəxsləri dəstəkləmək, eyni zamanda analitika üzrə mütəxəssislər yetişdirmək və bu dinamik sahəyə marağı artırmaqdır.
Bu proqram çərçivəsində “PAŞA Bank”ın ekspert təlimçiləri analitika sahəsindəki ən son alətlər, texnikalar və yenilikləri iştirakçılarla bölüşəcəklər. İştirakçılar 2 aylıq təlim proqramında “Anderraytinq”, “Kredit risklərinin idarə edilməsi”, “Kredit monitorinqi” və əlavə bir çox mövzu üzrə bilik və təcrübə qazanacaqlar. Təlimlərdə vacib qərarlar qəbul etmək, həmçinin biznesin böyüməsinə təkan vermək üçün məlumatları təhlil etmək və praktiki bacarıqlar qazanmaq mümkün olacaq.
Həmçinin təlim düşərgəsində aktiv iştirak edən və imtahanları uğurla başa vuran iştirakçılar arasında seçilmiş namizədlər “PAŞA Bank”da xüsusi hazırlanmış proqram üzrə işlə təmin olunma şansını əldə edəcəklər.
Müsabiqədə iştirak üçün bu linkə daxil olub qeydiyyatdan keçə bilərsiniz.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
3 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
1 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir









.jpg)






.jpg)
