“Avro Qrand” şitkətinin vəzifəli şəxsləri barəsində cinayət işi - MƏNZİL SATIŞINDA DƏLƏDUZLUQ
“Avro Qrand” MMC-nin vəzifəli şəxsləri barəsində cinayət işi məhkəməyə göndərilib“Avro Qrand” Məhdud Məsuliyyətli Cəmiyyətinin vəzifəli şəxslərinin qanunsuz yollarla vətəndaşların pulunu ələ keçirmələri faktı ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılmış cinayət işinin ibtidai istintaqı yekunlaşıb.
İstintaqla qeyd olunan hüquqi şəxsin təsisçisi və faktiki rəhbəri Xanlar Cəfərov, satış üzrə meneceri Xəzər Əliyev və sonuncunun tanışı Elgiz İsmayılovun qabaqcadan əlbir olaraq saxta sənədlər təqdim etməklə Abşeron rayonu, Xırdalan şəhəri, H.Aslanov küçəsi, 21-ci məhəllədə yerləşən yaşayış binasında faktiki sahibi olan mənzillərin dələduzluq yolu ilə təkrarən digər vətəndaşlara satılmasına nail olmalarına, bu yolla külli miqdarda pul vəsaitini ələ keçirmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Toplanmış sübutlar əsasında Xanlar Cəfərov Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui istifadə), 313-cü (vəzifə saxtakarlığı) və digər maddələri ilə, Elgiz İsmayılov və Xəzər Əliyev isə həmin Məcəllənin 178.3.2 və 320.1-ci (hüquq verən rəsmi sənədi istifadə etmək məqsədi ilə saxtalaşdırma və ya qanunsuz hazırlama) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək onlara həmin maddələrlə ittiham elan edilib.
Xanlar Cəfərov və Elgiz İsmayılov hazırda azadlıqdan məhrum etmə növündə cəza çəkdiklərindən istintaq dövründə barələrində qətimkan tədbiri seçilməyib, Xəzər Əliyev barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri tətbiq olunub.
Cinayət işi baxılması üçün aidiyyatı üzrə Bakı Ağır Cinayələt Məhkəməsinə göndərilib.
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 28 d. əvvəl
-
- 32 d. əvvəl
- 58 d. əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 2 saat əvvəl
- 2 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 4 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
PAŞA Sığorta 798 min manata yaxın zərəri ödədi!
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq
Azərbaycanın xarici ticarətində 50/50 vəziyyət
Bank yeni “Neftçilər” filialından gözləmədiyi nəticələr əldə edib
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub



















