Avropada məşhur olan Lynk & Co avtomobil brendi rəsmi olaraq artıq Azərbaycanda! - FOTO
(®) Azərbaycan avtomobil bazarında qabaqcıl şirkətlərdən biri olan “SR Group Co” MMC rəsmi olaraq yeni avtomobil brendini ölkəmizə təqdim etdi.
04.03.2024 tarixində "JW Marriott Absheron Baku" hotelində “Lynk & Co” brendinin Azərbaycanda möhtəşəm rəsmi təqdimat mərasimi baş tutdu. Hazırda ölkəmizdə brendin “Lynk & Co 01”, “Lynk & Co 03”, “Lynk & Co 05” və “Lynk & Co 09” modelləri təqdim olunur.
Premium seqmentə məxsus, "Mobilliyi sonsuzadək dəyişdirmək" missiyası ilə fəaliyyətə başlayan "Lynk & Co", innovativ dizayn, qabaqcıl texnologiya və dinamik yeni enerji ilə avtomobil mükəmməlliyini yenidən müəyyənləşdirir.
Geely Holding Group, Geely Auto Group və Volvo Cars tərəfindən qurulan" Lynk & Co "şirkəti 2016-cı ildə Almaniyanın Berlin şəhərində yaradılmış yeni qlobal Premium brenddir. "Lynk & Co" insanları, avtomobilləri və bütün dünyanı birləşdirən açıq platforma yaratmağa çalışan yeni nəsil avtomobil həvəskarları üçün yaradılmışdır.
“Azərbaycan avtomobil bazarına yeni nəfəs qatacaq Lynk & Co avtomobillərinin, ölkəmizdə innovativ xüsusiyyətləri ilə seçilən geniş çeşidli modellərini təqdim etməkdən qürur duyuruq. Lynk & Co brendi müasir dizaynı və müştəri təcrübəsinə yönəlmiş unikal yanaşması ilə bütün Avropada tanınır. “Lynk & Co” yeni nəsil avtomobil həvəskarları üçün ən tələbkar ehtiyacları qarşılayacaq və gündəlik həyatlarında etibarlı tərəfdaş olacaqına inanırıq.Ümid edirik ki, yeni brend qısa zamanda ərzində hamı tərəfindən seviləcək.” – deyə “SR GroupCo MMC” -in Avtomobil Sektorun rəhbəri cənab Toğrul Paşayev bildirib.
Qeyd edək, rəsmi istehsalçı tərəfindən avtomobillərə 5 il və ya 150.000 km, hibrid sisteminə isə 8 il və ya 200.000 km zəmanət təqdim edir. Bu da qeyd olunan modelləri uzun müddət rahatlıqla idarə etməyə imkan verəcək. Avtomobilləri 10%-dan başlayan ilkin ödənişlə, sərfəli daxili kredit və bank şərtləri ilə əldə etmək mümkündür.
2023-cü ilin noyabr ayından etibarən brend, istifadəçilərə 1.000.000-dən çox avtomobil təqdim edərək bir sıra avtomobil markaları arasında böyümə rekordlarına imza atıb. Lynk & Co, Hollandiya, İsveç, Belçika, Almaniya, İtaliya və İspaniyada 11 daimi Lynk & Co klubu ilə Avropada genişlənməsini davam etdirir. 2021-ci ildə marka Küveytdən başlayaraq Körfəz və Asiya-Sakit Okean ölkələrində yeni bazarlara çıxaraq qlobal genişlənməsini sürətləndirdi. 2024-cü ildən isə Azərbaycan bazarında da təqdim olunmağa başlayır.
Brendin Azərbaycan bazarında distribütoru "Aztech Autohouse" MMC-dir. Məlum olduğu kimi, şirkət “SR Group Co” MMC-yə məxsusdur.
Xatırladaq ki, "SR GROUP MMC" müxtəlif sektorlarda müxtəlif uğurlu biznes sahələrinə sahibdir və 1996-cı ildən avtomobil sektorunda böyük təcrübəyə malikdir. Son illərdə holdingə məxsus şirkətlərin ölkəmizə gətirdiyi brendlərin sayının artdığını müşahidə edirik. Çox keçmədən "Lynk & Co" avtomobillərinin də Azərbaycan küçələrini rəngləndirəcəyinə və böyük tələbatla qarşılanacağına heç bir şübhə yoxdur. Gedişat ölkənin avtomobil tarixinin maraqlı bir fəslini yaşayacağımızı göstərir.
Avtomobillərlə yaxından tanış olmaq, sınaq sürüşünə yazılmaq üçün “Lynk & Co” Azərbaycan rəsmi satış mərkəzinə yaxınlaşın.
Ünvan: Əhməd Rəcəbli 40 B
Əlaqə: *5544
Web: www.lynkco.az
Lynk & Co haqqında:
2016-cı ildə qurulan LYNK & CO, Geely Auto Group və Volvo Car Group arasında ortaq bir müəssisə olaraq qurulan qlobal bir avtomobil markasıdır. Lynk & Co, yeni nəsil açıq şəhər sakinləri üçün yaradılan "yeni Premium" bazarda yer alır. Brendin "avtomobildən kənarda düşünmək" missiyasından sonra Lynk & Co innovativ dizayn, qabaqcıl texnologiya, yeni təcrübə və yeni dinamik enerjini birləşdirərək müştərilərə dəyərli təcrübə təqdim etməyi hədəfləyir. Qlobal, Açıq və bir-biri ilə əlaqəli anadan olan marka, insanları, avtomobilləri və bütün dünyanı birləşdirən açıq bir platforma yaratmaq istəyir. Əlaqə: [email protected]
Lynx & Co brendi haqqında daha ətraflı məlumatı əldə etmək üçün ziyarət edin www.lynkco.com
Müştərilərin xəbərləri
"AFB Bank" artan xərclərinin 2026-cı ildən "bar verəcəyini" gözləyir - 2025-DƏ 131 NƏFƏR İŞÇİ QƏBUL EDİB
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
22 d. əvvəl
"İPO üzrə parametrləri Novruz bayramından dərhal sonra açıqlayacağıq"
-
-
36 d. əvvəl
Yasamalda ev almaq istəyənlər üçün əla fürsət: Faizsiz və öhdəliksiz satış başladı!
-
1 saat əvvəl
“129 milyon manat və ya xalis mənfəətin 60%-i həcmində dividend ödənişimiz olub”
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
”PAŞA Bank”ın səhmlərinin ilkin kütləvi təklifi (İPO) zərurətdən irəli gəlmir”
- 3 saat əvvəl
Son Xəbərlər
Azərbaycanda Vakansiyalar - Azvak.az
Kriptovalyuta ticarəti kursu
Birbank-dan təqaüdçülərə özəl sərfəli kredit təklifi
"PAŞA Bank" IPO üzrə təqdimat tədbiri keçirib
Sabaha olan hava proqnozu
Ən çox oxunanlar
“Azerconnect Group” “mygov” platformasına qoşulub
Cavid Quliyev/ “PAŞA Bank”: “İPO ilə illər ərzində yaratdığımız dəyəri geniş investor kütləsi ilə bölüşmək istəyirik”
Azərbaycan neftinin son qiyməti
Rəsmi məzənnələr açıqlandı
Lombard şirkəti illik 15%-lə 2 milyon manat cəlb edir
Tramp: İranla razılaşma əldə etməliyik, əks halda bu, onlar üçün çox travmatik olacaq






















