5 müntəzəm avtobus marşrutu müsabiqəyə çıxarılır
Bakı-Biləsuvar, Bakı-Göyçay, Bakı-Oğuz, Bakı-Gəncə, Bakı-Ağcabədi, Bakı-Kürdəmir, Bakı-Qazax, Bakı-İmişli, Bakı-Şirvan, Salyan-Gəncə, Sumqayıt-Ağcabədi şəhərlərarası, paytaxtın 126 nömrəli şəhərətrafı, 501 və 504 nömrəli şəhərlərarası, eləcə də 508 və 596 nömrəli şəhərətrafı müntəzəm avtobus marşrutları müsabiqəyə çıxarılır.
Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən (AYNA) bildirilib.
Sənədlər 29 mart saat 17:00-dək Azərbaycan Yerüstü Nəqliyyat Agentliyində qəbul ediləcək. AYNA iştirakçılardan sənədlərini təqdim edərkən mart ayında bayram günlərini nəzərə almalarını xahiş edir.
Qeyd edək ki, müsabiqəyə əsas avtobuslarla yanaşı, ehtiyat nəqliyyat vasitələri də təqdim olunmalıdır.
İddiaçıların təklifləri komissiya tərəfindən Bakı-Biləsuvar və Bakı-Göyçay istiqamətlərində 5 Lot üzrə aprelin 5-də; Bakı-Oğuz, Bakı-Ağcabədi, Salyan-Gəncə və Sumqayıt-Ağcabədi istiqamətlərində 5 Lot üzrə aprelin 9-da; Bakı-Kürdəmir, Bakı-Qazax, Bakı-İmişli istiqamətlərində 4 Lot üzrə aprelin 16-da; Bakı-Gəncə və Bakı-Şirvan istiqamətlərində 5 Lot üzrə aprelin 19-da; paytaxtın 126 nömrəli şəhərətrafı, 501 nömrəli şəhərlərarası (Sumqayıt-Saray-BBAK), 504 nömrəli şəhərlərarası (Sumqayıt-BBAK), 508 nömrəli şəhərətrafı (BBAK-Saray) və 596 nömrəli şəhərətrafı (Xırdalan-“Binə t/m”) müntəzəm avtobus marşrutları üzrə 5 Lot üzrə aprelin 23-də baxılacaq.
Məlumata görə, müsabiqə “Avtomobil nəqliyyatı haqqında” Qanuna, Nazirlər Kabinetinin 2009-cu il 3 aprel tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatı ilə müntəzəm şəhərdaxili (rayondaxili), şəhərlərarası (rayonlararası) və beynəlxalq marşrutlar üzrə sərnişin daşımalarına daşıyıcıların cəlb olunmasına dair müsabiqənin keçirilməsi Qaydası”na uyğun olaraq təşkil edilir.
Şəhərlərarası (rayonlararası) və şəhərdaxili (rayondaxili) marşrut xətləri qanunvericiliyin tələblərinə uyğun olaraq mərhələli qaydada müsabiqəyə təqdim edilir.
Müştərilərin xəbərləri
"Star4" 7-ci "Yerli Şirkətlərin Tanıtım Sərgisi"ndə bizneslər üçün qısa nömrə aktivləşdirməsini pulsuz təqdim edəcək
SON XƏBƏRLƏR
- 2 həftə sonra
- 6 gün sonra
- 7 d. əvvəl
-
- 21 d. əvvəl
- 24 d. əvvəl
-
1 saat əvvəl
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
3 saat əvvəl
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
-
3 saat əvvəl
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Analiz və ticarət vahid platformada - TİCARƏTƏ BAŞLA
"Grabstar"ın 3-cü filialı istifadəyə verilib
İşğaldan Azad Edilmiş Ərazilərdə Daimi Məskunlaşma Fondu yaradılacaq
Bakıda HELF/AZHAB Forum 2026 keçiriləcək
Azərbaycanda vergi borcları daha da artıb, 3,3 milyard manatı keçib
Ən çox oxunanlar
İranla ABŞ arasında 14 maddəlik razılaşmanın detalları bilinib
"70 faizədək kompensasiya yerli istehsalçıların xarici bazarlarda rəqabətli qiymətlərlə çıxış etməsinə imkan verəcək"
AzVak-da yeni iş elanları - SİYAHI
İyunun 13-də gözlənilən hava şəraiti





















