Şimali Koreya: Trump havalanıb
Şimali Koreyadan, ABŞ Prezidenti Donald Trumpın "Dünyanın daha əvvəl heç görmədiyi qəzəb və güclə qarşı-qarşıya qalacaqlar" açıqlamasına cavab gəldi.
"Marja" xəbər verir ki, Şimali Koreyanın raket komandanlığına rəhbərlik edən general Kim Rak Gyom, ölkənin rəsmi agentliyi KCNA-ya etdiyi açıqlamada, Pyongyang hakimiyyətini hədələyən Trump üçün "havalanmış" ifadəsini istifadə edib.
Kim, ölkəsinin Sakit Okeanında Quam adası yaxınlığında hərbi hərəkata başlamaq üzrə olduğunu, adadan 30 - 40 kilometr məsafədə dənizə düşməsi nəzərdə tutulan orta mənzilli raket sınaqlarını əhatə edən planın bu ayın ortasına qədər hazır olacağını, sonra Şimali Koreya lideri Kim Jong-ın razılığının gözləyəcəyini qeyd edib.
ABŞ Prezidenti Trumpın ifadələrinin "yersiz şeylərlə dolu" olduğunu deyən general Kim, "Bu qədər ağlını itirmiş bir adamla dialoq mümkün deyil, onda sadəcə, mütləq güc işə yaraya bilər" deyib.
ABŞ-ın xarici işlər naziri Reks Tillerson, ABŞ Prezidenti Donald Trump və Şimali Koreya rəhbərliyinin qarşılıqlı təhdid dolu açıqlamaları ilə yüksələn gərginliklə bağlı ABŞ vətəndaşlarına "sakit olmaları" çağırışını etmişdir.
Müştərilərin xəbərləri
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 gün sonra
- 8 saat sonra
-
-
12 saat əvvəl
"Bəlkə də bir il, il yarım bundan sonra Bakıdan Zəngilana dəmir yolu ilə gəlmək mümkün olacaq"
-
12 saat əvvəl
İki qonşu ölkə ilə sərhəd-keçid məntəqəsi olacaq yeganə rayon
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
13 saat əvvəl
Zəngilan şəhərində inşa olunmuş ilk yaşayış kompleksinin açılışı olub
- 14 saat əvvəl
-
17 saat əvvəl
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
- 1 gün əvvəl
- 1 gün əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Türkiyə, Gürcüstan, Özbəkistan kimi ölkələrə gedənlərin nəzərinə: gözlənilməz xərclərə hazırlıqlı olun!
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 3 GÜN
"Dost Aqropark" 10 min baş cins mal-qara hədəfinə çatır"
İnvestorlar üçün tarixi fürsətdə vaxt azalır – SON 3 GÜN
Ən çox oxunanlar
Ulu öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümüdür
"Cəbrayılda bizim ən böyük Günəş elektrik stansiyaları inşa edilir, bütün Qarabağı işıqlandırmaq olar"
“Şəfəq” yarımstansiyasının açılışı olub
SOCAR tərəfindən İtaliya şirkətinin alınması prosesi tamamlanıb
Prezident və birinci xanım Cəbrayıla səfər ediblər, Şükürbəyli kəndinin açılışında iştirak ediblər
“Qarabağdan Silikon Vadisinə” startap proqramına müraciət davam edir














.jpg)







