Rəqiblərinə münasibətdə sui-istifadə hallarına yol verən provayderlərə xəbərdarlıq edildi
Azərbaycanın telekommunikasiya və poçt xidmətləri üzrə tənzimləyici qurumu İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyinə (İKTA) istehlakçılar arasında əsassız məlumatları yaymaqla sui-istifadə hallarına yol verən bəzi provayderlərlə bağlı şikayətlər daxil olur.
İKTA-ya daxil olan şikayətlərdən müəyyən edilir ki, rəqib internet provayderlərin əməkdaşları və onların xidmətlərinin satışı ilə məşğul olan şəxslər digər provayderlərin abunəçiləri ilə fərdi qaydada görüşərək onlara xidmət göstərən provayderin təsərrüfat fəaliyyəti haqqında həqiqətə uyğun olmayan şayiələr, o cümlədən həmin provayderin fəaliyyətinin dayandırılacağı, müflis olması, külli miqdarda borclarının olması və bu kimi rəqib provayderi nüfuzdan salan müştərinin çaşdırılması və aldadılmasına yönəlmiş hərəkətlər etməklə yanlış məlumatların yayılması halları müşahidə edilir.
Agentliyə daxil olan şikayətlərdə səslənən iddialara görə, bu hərəkətlərlə həmin internet provayderləri abunəçini rəqibin xidmətindən imtina etməyə sövq edərək öz tərəflərinə çəkmək məqsədi güdürlər.
İKTA telekommunikasiya bazarında yaranmış bu cür qeyri-sağlam halların olmasından narahatdır və bəyan edir ki, internet provayderlər işgüzar münasibətlərini sağlam rəqabət və qarşılıqlı əməkdaşlıq prinsipləri əsasında qurmalıdırlar. Belə haqsız sui-istifadə üsullarından istifadə yolverilməzdir.
Eyni zamanda tənzimləyici qurum bildirir ki, Azərbaycanda internet fəaliyyəti göstərən provayderlər İKTA tərəfindən uçota alınır və yalnız fəaliyyətini hər hansı formada dayandıran şirkətlərin uçotu ləğv olunur. İstehlakçılar internet provayderlərin mövcud siyahısı ilə bu linkdə tanış ola və provayderin fəaliyyətdə olub-olmamasını müstəqil şəkildə yoxlaya bilərlər.
Yuxarıda qeyd olunan hallarla qarşılaşan istehlakçılar Agentliyin yaratdığı “E-şikayət” sistemi vasitəsilə tənzimləyici quruma müraciət edə bilərlər.
İKTA bəyan edir ki, internet provayderlərin uçota alınmadan fəaliyyəti “Telekommunikasiya haqqında” Azərbaycan Respublikası Qanununun pozulması halıdır və belə halların qarşısının alınması məqsədilə tənzimləyici tərəfindən qanun çərçivəsində müvafiq tədbirlər görüləcək.
Qeyd edək ki, İnformasiya Kommunikasiya Texnologiyaları Agentliyi ölkədə informasiya-kommunikasiya texnologiyaları və rabitə (telekommunikasiya və poçt) sahələrində tənzimləmə və nəzarəti, eləcə də radiospektr idarəçiliyini həyata keçirir.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
11 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 12 saat əvvəl
- 12 saat əvvəl
-
12 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
13 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
13 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
13 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 13 saat əvvəl
- 14 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar













.jpg)






