“Azərpoçt” ABŞ-dən onlayn çatdırılma xidmətinə başlayıb
Artıq bir ildən çoxdur ki, fəaliyyət göstərən “Azərpoçt”un PostCargo xidməti Amerikadan onlayn sifarişlərin çatdırılmasına başlayıb.
“Azərpoçt”un yaydığı məlumatda bildirilir ki, indi müştərilər ABŞ-də fəaliyyət göstərən ən məşhur onlayn alış-veriş platformalarından istədikləri əşyaların alışını edə və ölkəyə PostCargo vasitəsilə çatdırılmasına nail ola bilərlər. Tariflər çəkidən asılı olaraq 1.75 - 7.80 dollar civarındadır.
ABŞ – Azərbaycan üzrə daşımaların tarifi minimal həddə müəyyən olunub ki, bu da digərləri ilə müqayisədə olduqca sərfəli hesab olunur.
Qeyd edək ki, ABŞ-dən Azərbaycana PostCargo vasitəsilə malların qısa müddətdə gətirilməsi üçün operativ şəkildə uçuşlar təmin olunur.
PostCargo xidmətindən faydalanmaq üçün istifadəçilər www.postcargo.az saytında qeydiyyatdan keçə, eləcə də PostCargoya aid mobil tətbiqi “App Store” və “Play Market”dən yükləyə bilərlər.
Avropadan da onlayn sifarişlərin daşınmasını həyata keçirəcək
Qeyd edilib ki, bu günə qədər Türkiyədən onlayn sifarişlərin çatdırılmasını həyata keçirən PostCargo xidmətinin fəaliyyəti keyfiyyət və istifadəçi məmnuniyyəti baxımından uğurlu olub. Müştərilərini müxtəlif kampaniya və yeniliklərlə sevindirən PostCargo yaxın zamanda Avropadan da onlayn sifarişlərin daşınmasını icra edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
15 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 15 saat əvvəl
- 16 saat əvvəl
- 17 saat əvvəl
- 17 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir











.jpg)





