"Dövlət provayderləri internet xidmətlərini 4 dəfə baha satıb"
Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli: "Aztelekom" və "Baktelecom" bir neçə xidmətlər üzrə tarifləri qanunsuz olaraq artırıbÖtən il İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Xidmətinin "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" ("Baktelecom") MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə işlə bağlı mübahisələr hələ həllini tapmayıb.
Bu barədə açıqlamasında Dövlət Xidmətinin rəisi Məmməd Abbasbəyli deyib.
O bildirib ki, buna səbəb Dövlət Xidmətinin verdiyi qərarla bağlı qarşı tərəfin şikayətinin olmasıdır:
“Ona görə də hazırda məhkəmə prosesi davam edir. Yalnız məhkəmənin son qərarı əsasında bu məsələ həllini tapacaq. Dövlət Xidmətinin verdiyi qərar ədalətlidir. Təbii inhisar subyektinin dövlətin tənzimlədiyi qiyməti Tarif Şurasından razılıq almadan hansısa istiqamətdə dəyişdirməsi qanunsuz hal hesab edilir. Bizim qərarımızın da mahiyyətində bu məsələ dayanır. Hazırda bu məsələ ilə bağlı mübahisələr gedir”.
M.Abbasbəyli vurğulayıb ki, "Aztelekom" və "Baktelecom" bir neçə xidmətlər üzrə tarifləri qanunsuz olaraq artırıb:
“Ən yüksək artım internet xidmətləri üzrə tətbiq edilən tariflər üzrə olub. Cəmiyyətlərin tətbiq etdiyi qiymətlər dövlətin müəyyənləşdirdiyi həddən 4 dəfə çox olub. Belə hallar sözügedən sahədə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə maneədir".
Dövlət Xidmətinin rəis müavini Cəfər Babayev isə qeyd edib ki, həmin tariflər istehlakçılara göstərilən xidmətlərə görə olan tariflər deyil:
“Onlar “Aztelekom”un yerli bazarda fəaliyyət göstərən rəqiblərinə, yəni digər şirkətlərə tətbiq etdiyi tariflər idi. İstehlakçı bu tarifləri görmür”.
"Aztelekom"dan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin “Aztelekom” MMC-yə qarşı 24.06.2023-cü il tarixli qərarı və göstərişi 21.07.2023-cü il tarixində məhkəmə qaydasında mübahisələndirilib: "Hazırda iş üzrə məhkəmə araşdırması davam edir".
Xatırladaq ki, 2023-ci ildə Dövlət Xidməti "Aztelekom" MMC və "Bakı Telefon Rabitəsi" MMC barəsində antiinhisar qanunvericiliyinin pozulmasının əlamətləri üzrə və tariflərin qanunsuz olaraq artırılması barədə iş qaldırıb. Qaldırılmış işə dair qərar qəbul edib. Qərara əsasən, cəmiyyətlərin hərbirinə 16 500 manat məbləğində maliyyə sanksiyası tətbiq edilib.
© “Report”
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 29 d. əvvəl
- 43 d. əvvəl
-
-
50 d. əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
1 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
1 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 2 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
- 3 saat əvvəl
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
52 minə yaxın müraciət üzrə 10 min 220 yollayış verilib
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Ən çox oxunanlar
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib
SpaceX-in səhmləri bazar ertəsi 16 faiz ucuzlaşıb
ING: Avro/dollar tezliklə 1,14 səviyyəsini test edə bilər
ABŞ İranın neft məhsullarının satışına 60 günlük icazə verib




























