İş adamları üçün gömrük rəsmiləşdirilməsi prosesi asanlaşıb
Azərbaycanda sahibkarlar e.customs.gov.az portalı üzərindən malların xarici iqtisadi fəaliyyətin mal nomenklaturası (XİF MN) kodunu özləri əvvəlcədən müəyyənləşdirə biləcəklər.
“Marja.az” bu barədə Dövlət Gömrük Komitəsinə (DGK) istinadən xəbər verir.
Bunun üçün “Mal nomenklaturası” bölməsindən “XİF MN tövsiyə sistemi” altbölməsi seçilməlidir.
Axtarış pəncərəsində malın ticari adı, markası və ya mala dair açar söz daxil edilməklə XİF MN-nin kodunun təxmini nəticəsi əldə olunur. Süni intellekt əsaslı axtarış modulunun fəaliyyəti son iki ildə gömrük orqanlarına bəyan edilən malların təsvirlərinə əsaslanır.
Axtarışın nəticələrinə uyğun olaraq tövsiyə olunan kodlar yalnız köməkçi xarakter daşıyır.
Qeyd edilib ki, sahibkarlar məcburi qərarlar üzrə verilən təsnifat kodları ilə də tanış ola biləcəklər.
Tətbiq edilən yenilik sahibkarlara gömrük ödənişlərini, mallara dair tələb olunan sənədləri öncədən müəyyən etməyə imkan verəcək ki, bu da ekspertizaya sərf olunan vaxt və vəsaitin aradan qaldırılmasına, gömrük rəsmiləşdirilməsinin daha asan və sürətli şəkildə həyata keçirilməsinə şərait yaradacaq.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 3 həftə sonra
-
3 saat əvvəl
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
-
- 3 saat əvvəl
- 3 saat əvvəl
-
3 saat əvvəl
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
-
4 saat əvvəl
"Bakı-Tbilisi sərnişin qatarı bərpa olunur" xəbəri ilə bağlı rəsmi açıqlama
- 4 saat əvvəl
-
5 saat əvvəl
Bakı–Tbilisi–Qars dəmir yolunun modernləşdirmə işlərinin yekun qəbulu təsdiqləndi
- 5 saat əvvəl
- 5 saat əvvəl
- 5 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 26 GÜN
"Soyuq suda üzməyi sevənlərə oraya getməyi çox tövsiyə edirəm"
Sement ixracı azalıb
Pambıq lifi və pambıq ipliyi ixracından gəlir 58%-dən çox artıb
"Daşınmaz əmlakların 8-10 %-i sığortalıdır"
Ən çox oxunanlar
Kartof ixracı 2 dəfədən çox artıb
Nar ixracında həm həcm, həm də gəlir azalıb
Xurma ixracında azalma qeydə alınıb
Alma ixracında həm həcm, həm də gəlir artıb
Fındıq ixracından gəlir kəskin artıb
Pomidor ixracında həcm azalsa da, gəlir cüzi artıb
Dolların sabah üçün rəsmi məzənnəsi müəyyən olunub






.jpg)



















