ADY piyadalara çağırış edir: Yolunuzu uzatmaqla ömrünüzü uzadın!
ADY piyadalara çağırış edir: dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yerlərdən keçmək şərtdir.ADY valideynlərə çağırış edir: qaydalara əməl etməklə övladlarınıza nümunə olun!
2 noyabr tarixində saat 08:20 radələrində ADY-na məxsus lokomativ Şirvan-Hacıqabul mənzilində hərəktdə olarkən Şirvan şəhər sakini 1997-ci il təvəllüdlü Rəhimə Afət qızı Babayeva azyaşlı övladı ilə birgə qəfil qatarın qarşısına çıxıb.
Azərbaycan Dəmir Yollarının ( ADY) yaydığı məlumatda bildirilir ki, maşinist tərəfindən təcili tormozlama aparılsa da hadisə qaçılmaz olub. Xəsarət alan Rəhimə Babayeva dərhal xəstəxanaya çatdırılıb.
ADY bir daha insanlara çağırış edərək onları dəmir yolu xətlərini yalnız müəyyən edilmiş yer və piyada keçirdlərindən istifadə etməklə keçməyə çağırır. Qaydalara riayət etmək hər bir vətəndaşın borcudur, xüsusi ilə valideynlər yol hərəkəti qaydalarına əməl etməklə övladlarına nümunə olmalı və onların həyatını təhlükəyə atmamalıdırlar.
Qeyd edək ki, bu ilin 9 ayında qatar yoluna insanların qəfil çıxması nəticəsində 10 hadisə baş verib. Hadisə nəticəsində 5 adam həyatını itirib, 5 nəfər isə müxtəlif dərəcəli bədən xəsarəti alıb. Bu hadisələrin baş vermə səbəbi birbaşa olaraq piyadaların yol hərəkəti qaydalarına əməl etməməsi və dəmir yolu xəttini müəyyən olunmamış yerlərdən keçməsi ilə bağlı olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
4 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 4 saat əvvəl
- 4 saat əvvəl
- 6 saat əvvəl
- 6 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir


















.jpg)

