“Norm” şirkəti BMT-nin Qlobal Sazişinə qoşuldu
Sement sənayesinin aparıcı şirkətlərindən olan “Norm” ASC BMT-nin Qlobal Sazişinə qoşulub. Bu təşəbbüsə qoşulmaqla, şirkət dayanıqlı inkişafa sadiqliyini nümayiş etdirib.
Dayanıqlı inkişaf hədəflərinə çatmaq, əməliyyatlarını ESG prinsipləri əsasında təşkil etmək və ətraf mühitə təsiri minimuma endirmək yolunda addımlar atan şirkət bu çərçivədə götürdüyü öhdəliklərin icrasına ciddi şəkildə səy göstərir.
Şirkətin öhdəlikləri dayanıqlı inkişaf təşəbbüslərinin daim nəzərdən keçirilməsini və təkmilləşdirilməsini əhatə edir, eləcə də, ədalətli və təhlükəsiz iş şəraitinin təminatını, sement istehsalında alternativ materiallardan, habelə alternativ yanacaqlardan istifadəni, karbon emissiyalarının azaldılmasını nəzərdə tutur.
“Biz BMT-nin Qlobal Sazişinə qoşulmaqdan və sazişin prinsiplərinin öz strategiya və fəaliyyətimizdə rəhbər tutmaqdan böyük məmnunluq hissi keçiririk”, -"Norm" ASC-nin Baş icraçı direktoru Henning Sasse deyib.
Qeyd edək ki, 2000-ci ildə əsası qoyulmuş BMT-nin Qlobal Sazişi 160-dan çox ölkədən 20,000 şirkət və qeyri-biznes qurumunu bir araya gətirən korporativ dayanıqlılıq təşəbbüsüdür.
Müştərilərin xəbərləri
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
SON XƏBƏRLƏR
- 3 həftə sonra
- 6 gün sonra
- 13 d. əvvəl
-
- 30 d. əvvəl
-
33 d. əvvəl
İSB Beynəlxalq Sığorta Zəmanət Fondları Forumuna üzv qəbul olunub
-
57 d. əvvəl
Baku Steel Company Caspian Oil & Gas 2026 sərgisində - FOTO/VİDEO
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
- 2 saat əvvəl
-
3 saat əvvəl
Gələcəyə böyük addım: Payonix BOKT-un aktivləri və gəlirləri sürətlə artır!
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 8 GÜN
“Kredit Həyat Sığortası” bizi nələrdən sığortalayır?
“Smartfon qiymətlərində 40%-dək artım gözlənilir”
Azərbaycana gələn turistlərin xərcləri 23 % azalıb
“Azərişıq” şirkətinin rəislərinə maliyyə sanksiyası tətbiq edilib, icrası məcburi göstəriş verilib
“Korgöz-Tikinti-Material”nın zərəri azalıb
Ən çox oxunanlar
İyunun 6-da gözlənilən hava şəraiti
Dəmir zavodu layihəsilə bağlı növbəti müqavilələr imzalanıb - 800 MİLYON DOLLAR İNVESTİSİYA, 1600 İŞ YERİ
Azercell və AWS süni intellekt modellərinin Azərbaycan dilində öyrədilməsi üçün texnoloji platforma yaradıblar
ABB-dən kiçik sahibkarlara böyük imkanlar yaradan biznes kartı






















