Azərbaycan 2027-ci ildək inflyasiyanı 4±2 faiz intervalında qorunmasını hədəfləyir
2024-2027-ci illər üzrə makroiqtisadi hədəflər açıqlanıb.
Marja.az-ın məlumatına görə, Maliyyə Nazirliyinin dərc etdiyi "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"ndə bildirilir ki, 2021-ci illə müqayisədə 2026-cı ildə qeyri- 15 neft/qaz ixracının həcminin 85,0 faiz artmasına nail olunması, həmçinin ölkə iqtisadiyyatının hər il orta hesabla 3,0-4,0 faiz, qeyri-neft/qaz ÜDM-nin isə illik orta hesabla 5,0 faiz artırılması, eləcə də özəl sektorun iqtisadiyyatda payının 88,0 faizə çatdırılması, qeyri-neft sektoru üzrə birbaşa xarici investisiyaların illik 10,0-15,0 faiz artırılması, illik inflyasiyanın 4±2 faiz intervalında qorunması hədəflənir.
Eyni zamanda, sağlam və rəqabətli biznes mühitinin gücləndirilməsi üçün təbii inhisar subyektlərinin rəqabətə mənfi təsirlərinin qarşısının alınması, bütün bazarlarda rəqabətin gücləndirilməsi və dövlət satınalmalarında şəffaflıq və səmərəliliyin artırılması ilə bağlı tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, “Azərbaycan Respublikasının 2022-2026-cıillərdə sosial-iqtisadi inkişaf Strategiyası”na əsasən, 2022-2026-cı illərdə kənd təsərrüfatı hər il orta hesabla 4,0 faiz artacaqdır. Nəqliyyat sektorunda orta illik artım tempi 5,0 faizi üstələyəcəkdir. Ölkənin tranzit yükdaşımalardan əldə etdiyi gəlirlərin 2019-cu ildəki 227 milyon manatdan 2 dəfəyədək artaraq 450 milyon manata çatacaqdır. Qeyri-neft-qaz sənayesi hər il orta hesabla 8,3 faiz artacaqdır. Sənaye zonalarının qeyri-neft sənaye istehsalında payı 15,0 faiz, qeyri-neft sənaye ixracında payı isə 25,0 faiz olacaqdır. İnformasiya və rabitə sektorunda hər il orta hesabla 10 faizdən çox, tikinti sektorunda isə 3,0 faiz ətrafında artım olacaqdır. 2026-cı ildə turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda yaradılacaq əlavə dəyər 2019-cu illə müqayisədə 1,5 dəfə artacaqdır.
Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi tərəfindən hazırlanmış 2024-cü il və sonrakı üç il üzrə baza ssenaridə (neftin bir barelinin orta illik ixrac qiyməti 2024-2027-ci illər üçün 60,0 ABŞ dolları fərz edilməklə) makroiqtisadi proqnoz göstəricilərinə əsasən, 2023-cü ildə ölkədə ÜDM-nin real ifadədə 1,9 faiz artaraq 119,6 milyard manat, o cümlədən qeyrineft/qaz ÜDM-nin real ifadədə 4,0 faiz artaraq 77,6 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.
Proqnozlara əsasən ortamüddətli dövrdə ölkədə qeyri-neft/qaz ÜDM-nin həcminin 2024-cü ilin sonuna 84,2 milyard manat, 2027-ci ildə isə 106,8 milyard manata qədər artacağı və real artım tempinin 4,6-5,0 faiz intervalında olacağı gözlənilir. 2023-cü ildə neft-qaz sektoru üzrə ÜDM-nin real ifadədə 0,3 faiz azalacağı gözlənilir.
Neft-qaz sektorunun tədricən daralacağı şəraitdə iqtisadi artımın əsas hərəkətverici qüvvəsinin neft sektorundan qeyri-neft/qaz sektoruna transformasiya olunması sayəsində dövlət büdcəsində qeyri-neft/qaz gəlirlərinin payının davamlı artımına nail olunacağı gözlənilir. 2027-ci ildə ÜDM-nin tərkibində qeyri-neft/qaz sektorunun payının 78,7 faizə, neftqaz sektorunun payının isə 21,3 faizə bərabər olacağı proqnozlaşdırılır.
İqtisadiyyat Nazirliyi tərəfindən baza ssenaridə 2023-cü ildə 9,5 faiz, 2024-cü ildə isə 5,3 faiz proqnozlaşdırılan orta illik inflyasiyanın azalan templə 2027-ci ildə 4,2 faizə qədər enəcəyi gözlənilir.
İnflyasiya mühitinin tənzimlənməsi ilə bağlı atılan addımlar iqtisadi fəallığın artması ilə yanaşı əhalinin sosial rifahına da müsbət təsir edəcəkdir. Proqnozlara əsasən ortamüddətli dövrdə əhalinin gəlirlərinin artaraq 2027-ci ildə 106,0 milyard manata, xərclərinin isə 102,6 milyard manata qədər yüksəlməsi gözlənilir.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 21 saat sonra
-
25 d. əvvəl
Ağdamda metal elektrik dirəklərinin istehsalı müəssisəsinin açılışı olub
-
27 d. əvvəl
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu
-
1 saat əvvəl
Qarabağ Universitetinin Mühəndislik fakültəsinin binasının təməli qoyuldu
-
1 saat əvvəl
Qarabağ Universitetinin Biznes və iqtisadiyyat fakültəsinin binasının açılışı oldu
- 1 saat əvvəl
-
1 saat əvvəl
20 milyon manatlıq ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi açıldı
-
1 saat əvvəl
Kreditini Birbank-a gətirənlər 3% endirim qazanır- Kampaniya davam edir
- 1 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Saloğlu Qarabağ” şirkətinin istehsal müəssisəsinin təməli qoyuldu
SOCAR 225 milyon dollara Türkiyədə elektrik stansiyası aldı
Ən çox oxunanlar
20 milyon manatlıq ofis mebelləri və mebel aksesuarlarının istehsalı müəssisəsi açıldı
Prezident Kərkicahan sakinlərlə görüşüb
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
Dekabrın 24-də gözlənilən hava şəraiti
ABB İnvest-dən USD ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları artıq ABB mobile tətbiqində




















