Azər Türk Bankdan sahibkarlar üçün güzəştli kredit kampaniyası
(®) Dövlət bankı Azər Türk Bank kiçik və orta biznes subyektlərinə müxtəlif layihələrin maliyyələşdirilməsi üçün əlverişli şərtlərlə kredit təkliflərini davam etdirir.
Belə ki, Bank 31 dekabr 2023-cü il tarixinədək olan müddət ərzində kiçik və orta biznes subyektlərinə verilən kreditlər üzrə yeni kampaniyaya başlayıb.
Kampaniya zamanı müddətindən asılı olmayaraq, götürülən bütün kreditlər üzrə komissiya 0% müəyyənləşdirilmişdir.
Qeyd edək ki, 1 aydan 48 ay müddətinədək rəsmiləşdirilən kreditlərin illik faiz dərəcəsi 12%-dən başlayır. Kreditin məbləği 5 000 manatdan 300 000 manatadəkdir.
KOB kreditləri əldə etmək istəyən sahibkarlar Bankın Bakıdakı “Rəqəmsal 6” filialında fəaliyyət göstərən “Kiçik və Orta Biznes Kreditləri Mərkəzi”nə, eləcə də Azər Türk Bankın Naxçıvan, Gəncə, Şirvan şəhərlərində yerləşən filiallarına müraciət edə bilərlər.
Azər Türk Bankın internet səhifəsində krediti online sifariş vermək mümkündür.
Bankın məhsul və xidmətləri barədə ətraflı məlumatı https://atb.az saytından, bankın sosial şəbəkələrdəki rəsmi korporativ səhifələrindən, WhatsApp (055) 3000 945, yaxud 945 nömrəli Çağrı Mərkəzindən əldə edə bilərsiniz.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 20 d. əvvəl
-
- 57 d. əvvəl
-
1 saat əvvəl
“Azərbaycan Mikro-Kredit” BOKT-un xalis mənfəəti kəskin azalıb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Azərbaycana Asiyanın əsas bölgəsindən turist axını 24 %-ə yaxın azalıb
-
1 saat əvvəl
“Azərmaş Group”un gəlirləri 82 milyon manata yaxınlaşıb, xalis mənfəəti isə azalıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
-
2 saat əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
“Orman” restoranı Sea Breeze-də yeni məkan açır
Elmar Məmmədov “Azərbaycan Mikro-Kredit”dəki payını satıb
Azərbaycan neftinin son qiyməti
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım






.jpg)






.jpg)






.jpg)





