AccessBank maliyyə nəticələrini açıqlayıb
Mikro, kiçik və orta sahibkarlığın kreditləşməsi bazarının lideri olan AccessBank, 2023-cü ilin 9 ayı (yanvar-sentyabr) üzrə maliyyə nəticələrini açıqlayıb.
Bankın yaydığı məlumatda bildirilir ki, AccessBank 2023-cü ilin 3-cü rübü ərzində də bütün əsas göstəricilər üzrə dinamik artım nümayiş etdirib, biznesin maliyyələşdirilməsində liderlik mövqeyini qoruyub. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
- Kredit portfeli 29.7% artaraq, 992.4 milyon manata yüksəlib.
- Kredit portfelinin 75.8%-ni biznesə ayrılmış kreditlər təşkil edir. Biznes portfeli 22.8 % və ya 139.8 milyon manat artıb.
AccessBankın mənfəətlilik göstəriciləri də proqressiv artım nümayiş etdirib. Belə ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə:
- Faiz gəlirləri 41.6% artaraq, 142 milyon manata çatıb. Xalis faiz gəlirləri isə 55.2% artıb və 88.7 milyon manata yüksəlib.
- Qeyri-faiz gəlirləri 57.2% artaraq, 13.4 milyon manata çatıb.
-Xalis əməliyyat mənfəəti 3.1 dəfə artaraq, 40.9 milyon manata çatıb.
- Xalis mənfəəti də 2022-ci ilin müvafiq dövrünün nəticəsi ilə müqayisədə 5.6 dəfə artaraq 29.3 milyon manata çatıb.
Bütövlükdə, Bankın aktivləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 32.5% artaraq, hesabat dövrünün sonunda 1.4 milyard manata çatır.
- Eyni zamanda, bankın likvid aktivləri 331.1 milyon manat təşkil edir ki, bu da cəmi aktivlərin 23.7%-i həcmindədir.
- Bankın depozit portfeli 27.8% artaraq 1025.6 milyon manat təşkil edir.
-Əhalinin müddətli əmanətləri 22.7% artaraq, 680.6 milyon manata çatıb. Bu isə, əhali arasında AccessBank – a olan güclü inamın əsas göstəricilərindən biridir.
AccesBankın kapital buferi də böyüyüb. Ötən ilin müvafiq dövrü ilə müqayisədə məcmu kapitalın həcmi 52.4% və ya 46 milyon manat artaraq 133.9 milyon manata çatıb ki, bu da AMB-ın tələb etdiyi minimum normadan 2.7 dəfə artıqdır.
Bankın fəaliyyət şəbəkəsi 14–ü Bakıda, 18-sı bölgələrdə olmaqla, 32 filial üzərindən təşkil olunub, həmçinin müştərilərə rəqəmsal xidmətlər təqdim olunmaqdadır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
- 4 gün sonra
-
-
2 gün sonra
Yay mövsümü üçün iş: Supermarketlər şəbəkəsi işə qəbul elan etdi
-
15 d. əvvəl
"Bakı Ağ Şəhər"də yeni iri kvartalın inşası ilə bağlı mühüm müqavilə imzalandı
-
22 d. əvvəl
"Kred Aqro" BOKT 2025 ci ilin yekunları üzrə hesabat təqdim etdi
-
51 d. əvvəl
"Sizin Lombard" ın istiqrazlarına 52 investor 52 sifariş təqdim edib.
-
59 d. əvvəl
PMD Group və Chapman Taylor ağıllı şəhər yanaşmalarını müzakirə edib
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 22 GÜN
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
"Təzə Bazar"ın gələcək konsepti təqdim olundu
Bazarın əsas yükü həyat və icbari avtomobil sığortasındadır
Ən çox oxunanlar
İcbari sığortalarda ödəniş/yığım nisbəti daha yüksəkdir
Tibbi sığorta şəxsi sığorta üzrə əsas istiqamət olub
Əmlak sığortasında yığımlar yüksək, ödəniş nisbəti aşağıdır
“AS Group” WUF13-də iştirak edib
Qeyri-həyat könüllü sığortalarında ödəniş yükü daha aşağıdır
Həyat sığortası yığımlarda liderdir






.jpg)















.jpg)



