“Qızlara ağ yaraşır” Qran-pri mükafatı qazandı
Azercell və Azərbaycan Jüdo Federasiyasının sosial kampaniyası “Ad Black Sea” beynəlxalq festivalında qalib oldu.(®) Azercell və Azərbaycan Cüdo Federasiyasının birgə tərəfdaşlığı ilə həyata keçirilən “Qızlara ağ yaraşır” kampaniyası “Ad Black Sea” festivalının Qran-pri mükafatına layiq görülüb. Layihə bu ilin Qran-prisi ilə yanaşı, həm də “Dayanıqlı PR kampaniyaları” kateqoriyasında qızıl, bir neçə digər nominasiyada isə gümüş və bürünc mükafatlar qazanıb.
“Qızlara ağ yaraşır” kampaniyasının yaradıcı tərəfdaşı “Endorphin” reklam agentliyi isə festivalın “ən yaxşı agentliyi” mükafatına layiq görülüb. 10 ölkədən 301 iştirakçının 13 kateqoriya üzrə yarışdığı festivalda “Qızlara ağ yaraşır” toplam 13 kateqoriyanın 6-sı üzrə laureat olub.
Festivalın 2023-cü il üçün Qran Pri mükafatı
1. “Dayanıqlı PR kampaniyası” nominasiyasında – qızıl mükafat
2. “Korporativ məqsədlər və sosial məsuliyyət” nominasiyasında – gümüş mükafat
3. “Dayanıqlı inşkişaf məqsədləri çərçivəsində əhali” nominasiyasında – gümüş mükafat
4. “İnteqrasiya olunmuş reklam kampaniyası” nominasiyasında – bürünc mükafat
5. “Televiziya və Film” nominasiyasında – bürünc mükafat
“Azercell Telecom” MMC-in prezidenti Zərinə Zeynalova bildirib ki, “Qızlara ağ yaraşır” sosial kampaniyası sadəcə idmana aid proqram deyil: ”Bu layihə “Azercell”-in Azərbaycanda qızların idmanda, təhsildə və həyatda uğur qazana bilmələri üçün daha da parlaq gələcəyin yaradılmasına sərmayədir. Çünki bizim qızlar gələcəyin liderləri və rol modelləridirlər. Azərbaycanın gələcəyinə hədəflənmiş layihənin beynəlxalq səviyyədə tanınması və Qran-priyə layiq görülməsi bizi sevindirir və yeni-yeni layihələrə ilhamlandırır”, - deyə Z. Zeynalova vurğulayıb.
“Bu cür əhəmiyyətli bir yaradıcılıq festivalında artıq bir Azərbaycan qurumu, sponsor tərəfdaş və eləcə də reklam tərəfdaşı agentliyi ilk dəfə festivalın əsas Qran-pri mükafatına, “Dayanıqlı PR kampaniyaları” kateqoriyasında qızıl mükafata və çoxsaylı gümüş və bürünc mükafatlara layiq görülüb və sosial yönümlü problemlərin həllində dövlət-özəl tərəfdaşlığının bariz nümunəsini yaradıb. Bu bizi çox qürurlandırır, həmçinin gələcək nailiyyətlərə motivasiya edir.” – deyə Federasiyanın Baş katibi Rəşad Rəsullu bildirib.
“Azercell Telekom” MMC-in Azərbaycan Cüdo Federasiyasının tərəfdaşlığı ilə həyata keçirdiyi “Qızlara ağ yaraşır” sosial kampaniyası qızları inkişaf və idmana təşviq etmək məqsədi daşıyır. Kampaniya eyni zamanda erkən nikah mövzusuna da toxunur.
“Qızlara ağ yaraşır” çərçivəsində Azərbaycan Cüdo Federasiyası məktəbləri və bölmələri olan bölgələrdə qeydiyyatdan keçən 7-14 yaşlı ilk 1000 qıza cüdoqi hədiyyə olunub.
“Qızlara ağ yaraşır” yerli mediada da maraq doğuran və trendə düşmüş kampaniyalardan biridir:
Layihə haqqında ətraflı məlumat əldə etmək, həmçinin qızları cüdoya yazdırmaq üçün:
“Ad Black Sea” 2015-ci ildən Gürcüstanda keçirilən festivaldır. 14-16 sentyabr 2023-cü il tarixlərində Gürcüstanın Batumi şəhərində keçirilən bu festivalda sənayenin aparıcı simaları kreativ ideyalar paylaşıb, reklam və marketinq trendlərini müzakirə ediblər. Builki festivalda Gürcüstan, Azərbaycan, Ukrayna, Ermənistan, Bolqarıstan, Macarıstan, Rumıniya, Qazaxıstan, Özbəkistan və Baltikyanı ölkələr olmaqla 10 ölkə iştirak edib. 301 iştirakçı 13 kateqoriya üzrə Almaniya, Peru, Sinqapur, Braziliya, Bolqarıstan, Polşa, Gürcüstan, Türkiyədən olan jüri üzvlərinin iştirak etdiyi səsvermə prosesində güclərini sınayıb.
Müştərilərin xəbərləri
"Nazar Holdings" Gürcüstanda Ferrari-nin rəsmi avtosalonunu açdı - TƏDBİRDƏ GÜRCÜSTANIN BAŞ NAZİRİ DƏ İŞTİRAK EDİB
SON XƏBƏRLƏR
- 6 gün sonra
- 6 gün sonra
-
5 gün sonra
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
-
- 8 saat sonra
-
5 saat əvvəl
Liviyanın Baş Qərargah rəisi və daha 4 yüksək rütbəli şəxs Ankarada təyyarə qəzasında həlak olub
-
5 saat əvvəl
İllik gəlirlilik dərəcəsi 18% olan istiqrazları 52 investor əldə edib
- 5 saat əvvəl
-
6 saat əvvəl
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
- 6 saat əvvəl
-
8 saat əvvəl
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
- 9 saat əvvəl
-
11 saat əvvəl
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Dollar ilə yeni investisiya imkanı: Azərbaycan Dəmir Yollarının istiqrazları ABB mobile tətbiqində
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Mənşəyi məlum olmayan rənglər ilə toyuqlar rənglənib, "kənd toyuğu" təəssüratı yaradılıb
“Mercedes-Benz” təxminən 150 milyon dollar cərimə ödəyəcək
Ən çox oxunanlar
Türkiyədə 2026-cı il üçün minimum maaş müəyyən edildi - 1311 MANAT
Ağdamda “Hilton” hoteli istifadəyə verildi
"Azərbaycan Dəmir Yolları" daha bir regionlararası marşrut üzrə səfərlərə başlayacaq
Bolt və SUP.VC Demo Day ilə akselerasiya proqramını yekunlaşdırdı - QALİB STARTAPLAR
Gümüş qiyməti ilk dəfə 70 dollar səviyyəsini keçdi
Misin qiyməti tarixdə ilk dəfə 12 min dolları keçdi
ABŞ-də iqtisadi artım gözləntiləri üstələdi

















