Əkin sahəsinə dəyən zərərə görə sığorta ödənişini necə almaq olar?
2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti, sel və daşqınlar səbəbindən sığorta hadisələri kəskin artıb, nəticədə bu il sığorta ödənişləri daha da artacaq və hadisələr nəticəsində fermerlərə dəyən zərərin ödənilməsinə yaxın günlərdə başanılacaq.Qazax rayonunda “Dayanıqlı fermer fəaliyyəti üçün aqrar sığorta” mövzusunda regional tədbir keçirilib.
Aqrar Sığorta Fondu və Qazax Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə Qazax-Tovuz iqtisadi rayonunda aqrar sığortanın əhəmiyyəti, faydaları və fermerlər üçün üstünlükləri açıqlanıb. Azərbaycanda baş verən təbii fəlakətlər, dolu və sel-subasma hadisələrinin təsərrüfatlara vurduğu zərər və fermerlərə ödənişlərə başlanması ilə bağlı vəziyyət müzakirə edilib.
Tədbirdə çıxış edən Qazax rayon icra hakimiyyətinin başçısı Rəcəb Babaşov son illər Qazax rayonunda aqrar sahənin sürətlə inkişaf etdiyini, əkin sahələrinin, xüsusilə də suvarılan sahələrin artdığını qeyd edib. Onun sözlərinə görə, taxılla yanaşı, rayon ərazisində meyvə bağları və tərəvəz sahələri də artır. İcra başçısı bildirib ki, bu işlərə böyük yatırım edən şirkət və sahibkarlar sahələrin qorunmasının da qayğısına qalmalı və dövlətin olduqca əlverişli şərtlərlə təqdim etdiyi aqrar sığorta vasitəsilə sahələrini sığorta etməlidirlər.
İcra hakimiyyətinin başçısı fermerləri və şirkətləri aqrar sığortadan daha geniş istifadə etməyə, cüzi məbləğ müqabilində təsərrüfatlarını sığortalamağa çağırıb.
Qeyd edək ki, Qazax-Tovuz bölgəsi Gəncə-Daşkəsən regionu ilə birlikdə Azərbaycanda iqlim hadisələrinin ən çox baş verdiyi bölgələrdəndir. Araşdırmalar göstərir ki, ölkə ərazisində hər il qeydə alınan dolu hadisələrinin yarıdan çoxu bu regionların payına düşür, bu il baş verən qeyri-sabit hava şəraiti və təbii fəlakətlər də regiona zərər vurub.
Tədbirdə çıxış edən Aqrar Sığorta Fondunun idarə heyətinin sədri Fuad Sadıqov xatırladıb ki, aqrar sığorta dövlətin fermerlərə mühüm dəstək mexanizmidir və aqrar sığorta haqqının 50%-ni də fermerlərə dəstək üçün dövlət özü ödəyir.
Onun sözlərinə görə, 2022-2023-cü illərdə Qazax-Tovuz regionunda fermer və təsərrüfatlara 205 min manatdan artıq ödəniş edilib.
Fuad Sadıqov bildirib ki, 2023-cü ildə müşahidə olunan qeyri-sabit hava şəraiti, sel və daşqınlar səbəbindən sığorta hadisələri kəskin artıb, nəticədə bu il sığorta ödənişləri daha da artacaq və hadisələr nəticəsində fermerlərə dəyən zərərin ödənilməsinə yaxın günlərdə başanılacaq, artıq Aqrar Sığorta Fondu bununla bağlı zəruri ehtiyatları yaradıb.
Tədbirdə aqrar sığorta vasitəsilə əkin sahələri və heyvanların sığortalanması, hadisə baş verərkən ödəniş prosesinin detalları ilə bağlı geniş məlumat verilib. Bildirilib ki, iribuynuzlu və xırdabüynuzla heyvanları cüzi məbləğ ödəməklə sığotalamaq olar. Xüsusilə son aylar baş verən sel və daşqın hadisələri zamanı heyvanları sel apardığı xatırlanıb və bildirilib ki, qiyməti 300 manat olan qoyun və keçiləri cəmi 9-10 manata, qiyməti 2000 manat olan inəkləri isə 61-95 manata sığorta etmək mümkündür. Qeyd edilib ki, bir neçə ay əvvəl rayondakı təsərrüfatlardan birində 80 baş xırda buynuzlu heyvanı sel aparıb və təsərrüfata 25 min manat zərər dəyib, halbuki qat-qat kiçik məbləğ ödəməklə onları sığorta etmək olardı.
Tədbirdə iştirak edən fermer və təsərrüfat sahibləri sel-subasma və 3-cü şəxslərin hərəkəti nəticəsində dəyən zərərlərə görə ödənişlərin verilməsi, dəyən zərərin hesablanması ilə bağlı sual və təkliflərini səsləndiriblər.
Qazax-Tovuz regionunda meyvə bağlarının sahəsinin sürətli artması qeyd edilib və bildirilib ki, müxtəlif meyvə bağlarında 1000 manatıq məhsulu qorumaq üçün cəmi 20-30 manat sığorta haqqı ödəmək kifayətdir.
Tədbirdə fermerlərin tez-tez rastlaşdığı suvarma və quraqlıq probleminə də toxunulub. Aqrar Sığorta Fondunun sədri Fuad Sadıqov bildirib ki, qarşıdakı illərdə Azərbaycanda dəmyə ərazilərində taxıl əkinlərinin quraqlıqdan sığortalanması ilə bağlı işlər aparılır.
Fond rəhbəri fermerləri aqrar sığortadan faydalanmaq üçün əkin sahələrini sığortalamağa, eləcə də əldə edəcəkləri məhsulun həcmini düzgün bəyan etməyə çağırıb.
Qazax rayon İcra hakimiyyəti, Aqrar Sığorta Fondu və fermerlər arasında fikir mübadiləsi formasında keçirilən görüşdə Aqrar Sığorta Fondunun elektron yenilikləri – «Aqrar Sığorta Kalkulyatoru» və «Sığorta şəhadətnaməsini yoxla» xidmətləri barədə məlumat verilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 4 gün sonra
-
-
1 saat əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
2 saat əvvəl
Cahan Şirkətlər Qrupuna daxil olan "Enna" şirkəti "Dayaq" mükafatına layiq görülüb
-
2 saat əvvəl
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
-
2 saat əvvəl
“Naxtel” abunəçilərinin digər mobil operatorlara miqrasiyası uğurla tamamlanıb
-
2 saat əvvəl
Şikayətlərin yarıya yaxını internet və telefon rabitəsi xidmətlərilə bağlı olub
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Ən çox oxunanlar
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir
Vəhşi heyvan hücumları ilə bağlı fermerlərə çağırış edildi
"Balıq ehtiyatlarının bərpası üçün Xəzərə və daxili su hövzələrinə 17-35 milyon ədəd körpə balıq buraxmağa ehtiyac var"
10 illik proqramı 3 ilə mənimsəmək imkanı - VİDEO+FOTO
Ucuz təbii qaz Avropanın sənaye böhranını həll etmədi
Xalq Bankda yeni təyinatlar










.jpg)







