KİV: Putin Paşinyanın zənginə cavab verməyib
Rusiya Prezidenti Vladimir Putin Ermənistan Baş naziri Nikol Paşinyanın zənginə cavab verməyib.
Bu barədə "Hraparak" qəzeti Ermənistan hökumətindəki mənbəsinə istinadən yazıb.
Nəşrin xəbərinə görə, sentyabrın 9-da Ermənistan Baş naziri ABŞ dövlət katibi, Fransa Prezidenti, Almaniya Kansleri, İran Prezidenti və Gürcüstan Baş naziri ilə telefon əlaqəsi saxlayıb. İki gün sonra isə o, Putinlə əlaqə saxlamağa çalışıb.
Bir neçə gün sonra isə Baş nazir Paşinyan qeyri-müəyyən şəkildə bildirib ki, o, Putinlə daimi təmasdadır və Rusiya Prezidenti Ermənistan və Qarabağ ətrafındakı vəziyyətdən xəbərdardır. Putin də həmçinin bildirib ki, o Paşinyandan “geniş məktub alıb”.
"Hökumətdəki mənbələrimizə görə, Paşinyan zəng edib, lakin Kremldən ona cavab verilməyib, bundan sonra o, Vladimir Vladimiroviçə geniş məktub göndərib və Putin bunu Vladivostok konfransında bildirib.
Hakimiyyətə yaxın mənbə deyir ki, həmin məktubda Nikol Paşinyan Ermənistanda tüğyan edən anti-Rusiya prosesləri ilə bağlı özünə haqq qazandırmağa çalışıb, onların Rusiyaya qarşı olmadığına inandırıb. Paşinyanın ritorikasına nəzər salsaq, 9 sentyabrdan sonra o, Rusiya Federasiyası ilə bağlı mövqeyini yumşaltmağa çalışıb", - nəşr bildirib.
© APA
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
8 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
9 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
9 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 10 saat əvvəl
-
10 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
10 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 10 saat əvvəl
-
11 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb


























