Bakının zeytun ağaclarında naməlum xəstəlik aşkarlanıb - QURUMA VƏ SARALMA
Xüsusi olaraq İsraildən bitkiçilik üzrə mütəxəssis dəvət edilib.Paytaxt Bakı şəhərində uzun illərdir ki, çox sayda zeytun ağacları əkilib və bu həmişəyaşıl ağaclar şəhərimizə xüsusi gözəllik verir. Lakin bir müddətdir ki, şəhərin müxtəlif ərazilərindəki zeytun ağaclarında naməlum xəstəlik aşkarlanıb, bu da bəzi ağaclarda quruma və saralmalara gətirir.
Bakı Şəhər İcra Hakimiyyətinin (BŞİH) mətbuat xidmətindən bildirilib ki, dövlət qurumlarını, ictimaiyyəti və paytaxt sakinlərini narahat edən bu məsələ ilə əlaqədar BŞİH tərəfindən müvafiq qabaqlayıcı tədbirlər həyata keçirilir, qurumun tapşırığına uyğun olaraq şəhərin bütün ərazisində zeytun ağaclarının vəziyyətinin araşdrılması aparılır.
Xüsusi olaraq İsraildən dəvət edilən bitkiçilik üzrə mütəxəssis, aqronom Qabriel Eliazz hazırda Bakıdadır və yerli mütəxəssislərlə birlikdə paytaxtın müxtəlif ərazilərində mövcud zeytun ağaclarının vəziyyəti araşdırılır, xəstə ağacların müalicəsi ilə bağlı tədbirlərə başlanılıb.
Qabriel Eliazzisin bildirdiyinə görə əsas etibarilə qlobal iqlim dəyişiklikləri səbəbindən baş verən bu hal demək olar ki, bütün dünyanı bürüyüb. Dünyanın aparıcı zeytun istehsalçılarından olan İtaliya, İspaniya, Yunanıstan, qardaş Türkiyədə xeyli zeytun ağacı xəstəlik səbəbindən məhv olub. O bildirib ki, Bakı meriyası tərəfindən görülən qabaqlayıcı işlər bu xəstəliyin geniş yayılmasının qarşısını alıb. Zeytun ağaclarında müşahidə edilən xəstəliklərin aradan qaldırılması məqsədilə müxtəlif müalicə üsulları tətbiq olunur, ağaclara gübrə verilir, onlar xüsusi kimyəvi tərkibli dərmanlar olan ampulalarla inyeksiya edilir və quruyan budaqları budanır. Yoluxan ağacların budaqlarının və quruyan yarpaqların budanması digər ağaclara yayılmasının qarşısının alınması məqsədilə edilir.
Həmçinin bildirilib ki, əvvəlki vaxtlarda cavanlaşdırma məqsədilə budanan ağaclara xəstəlik demək olar, təsir etməyib və mövsüm zamanı zeytun ağaclarında cavanlaşdırıcı budama işlərinin aparılması vacib şərtlərdəndir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 31 d. əvvəl
-
- 37 d. əvvəl
- 46 d. əvvəl
-
57 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 1 saat əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb






.jpg)



.jpg)











