SOCAR-da “İdarəetmə üzrə Mentorluq” proqramına start verilib
Bakı Ali Neft Məktəbinin (BANM) və Türkiyənin Boğaziçi Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) strateji rəhbərləri üçün tərtib olunan “Liderlik Akademiyası” konsepti çərçivəsində şirkətdə liderlik potensialının daha da inkişaf etdirilməsinə zəmin yaradacaq yeni bir təşəbbüs reallaşdırılıb.
SOCAR-ın yaydığı məlumatda bildirilir ki, bu xüsusda, müasir liderlik bacarıqlarının təkmilləşdirilməsinə yönələn silsilə təlimlərdə iştirak etmiş üst səviyyəli strateji rəhbərlər “İdarəetmə üzrə Mentorluq” proqramı çərçivəsində SOCAR-da daha öncə idarəetmə təcrübəsi olmayan, rəhbər vəzifələrə təyin edilən yeni liderlərə mentorluq edəcəklər.
"Liderlik Akademiyası" çərçivəsində 6 ay davam edəcək “İdarəetmə üzrə Mentorluq” proqramında yeni seçilmiş 18 rəhbərdən ibarət qrup fərdi mentorluq vasitəsilə mühüm liderlik keyfiyyətlərinin inkişafı üçün peşəkar dəstək almaqla yanaşı, həmçinin qərar qəbuletmə, problemlərin həlli, effektiv ünsiyyət və komandanın qurulması ilə bağlı dəyərli fikir və təcrübələr əldə etmək imkanı qazanacaq.
Proqram çərçivəsində ilkin tanışlıq görüşlərinə 2023-cü ilin iyul ayında start verilib. Mentorlar və yeni liderlər arasında əməkdaşlıq və açıq ünsiyyəti təşviq edən bu görüşlərin hər ay 2 dəfə olmaqla 2024-cü ilin yanvar ayına qədər davam etməsi, həmçinin növbəti aylarda proqramın əhatə dairəsinin genişləndirilməsi planlaşdırılır.
“İdarəetmə üzrə Mentorluq” proqramı gənc rəhbərlərə verəcəyi sonsuz fayda ilə yanaşı həmçinin SOCAR-da dayanıqlı liderlik xəttini inkişaf etdirərək zəngin təcrübələrə əsaslanan liderlik mədəniyyəti yaradacaq və şirkətin strateji hədəflərinə çatması üçün mühüm idarəetmə bacarıqlarının təkmilləşdirilməsini təşviq edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 14 saat əvvəl
- 14 saat əvvəl
- 16 saat əvvəl
- 16 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir










.jpg)





.jpg)


