Azerconnect şirkəti Milli Mətbuat Günü münasibətilə jurnalistləri bir araya topladı
(®) Azerconnect şirkəti 22 iyul Milli Mətbuat Günü münasibətilə Şamaxıda jurnalistlər üçün “Telekommunikasiyada müasir çağırışlar” mövzusunda iki günlük seminar təşkil edib.
Seminarın keçirilməsində əsas məqsəd telekommunikasiya sahəsində ölkəmizdə və dünyada baş verən yeniliklər və mövcud çağırışlar, Azərbaycanda telekommunikasiya operatorlarının fəaliyyətində tətbiq olunan innovasiyalar və inkişaf perspektivləri barədə media işçilərinin məlumatlılığını artırmaq olub.
Azerconnect şirkətinin marketinq üzrə Baş müdiri Müşfiq Əliyev, Korporativ kommunikasiya departamentinin rəhbəri Əlimərdan Sultanov, İnformasiya texnologiyaları və əsas şəbəkə üzrə aparıcı direktoru Pərviz İsmayılov mətbuat nümayəndələrini 22 iyul Milli Mətbuat Günü münasibətilə təbrik edərək təqdimatlar ilə çıxış ediblər.
Spikerlər Azerconnect şirkəti və onun telekommunikasiya sektorunda göstərdiyi xidmətlər, icra olunan layihələr, sözügedən sahədə dinamik dəyişikliklər, müasir çağırışlar, şirkətlərin və müştərilərin gözləntiləri, gələcək inkişaf istiqamətləri barədə ətraflı məlumat veriblər. Daha sonra media nümayəndələrinin çoxsaylı sualları ətrafında fikir mübadiləsi aparılıb.
Seminarda ümumilikdə ölkənin 30-a qədər aparıcı media qurumlarını təmsil edən jurnalistlər iştirak edib.
Azerconnect ölkənin dinamik inkişaf edən İKT və yüksək texnologiyalar sahələrində müxtəlif xidmətlər təqdim edən ilk B2B (Business to Business - Biznesdən biznesə) şirkətidir.
Azerconnect şirkəti NEQSOL Holding beynəlxalq şirkətlər qrupuna daxildir.
Müştərilərin xəbərləri
“McDonald's Azərbaycan” “Uşaqların Sağlam Gələcəyi” reabilitasiya mərkəzinə tibbi avadanlıq təqdim edib - FOTO
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 1 həftə sonra
- 18 d. əvvəl
-
- 24 d. əvvəl
- 33 d. əvvəl
-
44 d. əvvəl
“Azfinans” BOKT-un zərəri 88% artıb, aktivləri isə 4,8 dəfə böyüyüb
- 48 d. əvvəl
-
1 saat əvvəl
Aktivləri 14%-dən, müştəri hesabları 16%-dən, kredit portfeli isə 5%-dən çox artıb
- 1 saat əvvəl
- 1 saat əvvəl
- 2 saat əvvəl
- 2 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 14 GÜN
"Subway" Bakıda 2 iyunda 3 məkanda fəaliyyətə başlayır
Mayın 31-nin hava proqnozu - 29 DƏRƏCƏYƏDƏK İSTİ OLACAQ
Ötən il PAŞA Bankın işçilərinin sayı azalıb
"PAŞA Bank Gürcüstan"ın xalis mənfəəti artıb
Ən böyük xərci işçilər üzrə olub
Trampın imzası üçün geri sayım
Tarixin ən böyük ilkin kütləvi təklifində hədəf kiçildilib
Bankın kredit portfeli 147 milyon manat böyüyüb, 2025-ci ili 27,8 milyon manat xalis mənfəətlə başa vurub
"PAŞA Həyat"ın əməkdaşları Uşaq Evini ziyarət ediblər - FOTOLAR
İlqar Əliyev “Azfinans”ı satıb













.jpg)









.jpg)


