Direktor və mühasibin əlbir olaraq 3 şirkətin 350 min manatını mənimsəmələrinə şübhələr müəyyən edilib
“Dübrar” su zavodu, “Facade” və “Zəhmət-Ruzi” MMC-lərdə külli miqdarda pul mənimsənilməsi faktlarına dair istintaqı aparılan cinayət işi yekunlaşıbYenilənib.
“Dübrar” su zavodu, “Facade” və “Zəhmət-Ruzi” MMC-lərdə külli miqdarda pul mənimsənilməsi faktlarına dair istintaqı aparılan cinayət işi yekunlaşıb
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, “Facade” MMC, “Zəhmət-Ruzi” MMC və “Dübrar” su zavodunun mühasibi işləmiş Xəyal Rəşidov, həmin zavodun keçmiş icraçı direktoru Şamil Ağacanovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
İstintaqla Xəyal Rəşidovun “Facade” MMC-yə məxsus 106 min 746 manat, “Zəhmət-Ruzi” MMC-yə məxsus 81 min 191 manat pul vəsaitini, habelə, Şamil Ağacanovla qabaqcadan əlbir olmaqla isə “Dübrar” su zavoduna məxsus 161 min 534 manat məbləğdə pul vəsaitini “Online Banking” (İnternet Bankçılıq) sisteminə müdaxilə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Xəyal Rəşidov və Şamil Ağacanova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
XXX
“Facade” MMC, “Zəhmət-Ruzi” MMC və “Dübrar” su zavodunun mühasibi işləmiş Xəyal Rəşidov, həmin zavodun keçmiş icraçı direktoru Şamil Ağacanovun qanunsuz əməlləri barədə rayon prokurorluğunda aparılmış cinayət işinin istintaqı yekunlaşıb.
Baş Prokurorluğun yaydığı məlumatda bildirilir ki, istintaqla Xəyal Rəşidovla Şamil Ağacanovun qabaqcadan əlbir olub “Facade” MMC-yə məxsus 106 min 746 manat, “Zəhmət-Ruzi” MMC-yə məxsus 81 min 191 manat və “Dübrar” su zavoduna məxsus 161 min 534 manat olmaqla, ümumilikdə 349 min 471 manat məbləğdə pul vəsaitini “Online Banking” (İnternet Bankçılıq) sisteminə müdaxilə etməklə mənimsəmələrinə əsaslı şübhələr müəyyən edilib.
İş üzrə toplanmış sübutlar əsasında Xəyal Rəşidov və Şamil Ağacanova Cinayət Məcəlləsinin 179.3.2 (mənimsəmə - külli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (ağır nəticələrə səbəb olan vəzifə səlahiyyətlərindən sui istifadə etmə) və digər maddələri ilə ittiham elan edilməklə barələrində polisin nəzarəti altına vermə növündə qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün Sumqayıt Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
12 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 13 saat əvvəl
- 13 saat əvvəl
- 14 saat əvvəl
- 14 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
-
2 gün əvvəl
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
- 2 gün əvvəl
- 2 gün əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Dekabrın 22-də gözlənilən hava şəraiti
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub
Bakcell-in lotereyasında 11-ci lüks avtomobil uduldu!
Nərimanovda premium mənzil arzulayanlar üçün 36 ayadək faizsiz kredit təklifi davam edir
Azərbaycan Dəmir Yolları "Dərnəgül" dayanacağını tikir

















.jpg)


