“Xronika” kinoteatrı satılır
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 22 avqust 2017-ci il tarixində keçiriləcək yeni hərraca 20 səhmdar cəmiyyəti, 23 kiçik dövlət müəssisə və obyekti, 64 istifadəsiz qeyri-yaşayış sahəsi və 13 nəqliyyat vasitəsi olmaqla ümumilikdə 120 əmlak çıxarılıb.
Hərraca çıxarılan kiçik dövlət müəssisəsi və obyektləri paytaxtla yanaşı, Qazax, İmişli, Göyçay, Yevlax və digər bölgələrdə yerləşir.
Özəlləşdirilməyə çıxarılan bir çox əmlakların torpaq sahəsi və üzərindəki tikili ayrı-ayrılıqda qiymətləndirilib. Hərracda ən yüksək qiymətə, yəni 150 min manata təklif olunan əmlak paytaxtın Xətai rayonunda yerləşən qeyri-yaşayış sahəsidir. Yüksək start qiyməti təyin olunan digər əmlak isə Gəncə şəhərində yerləşən “Xronika” kinoteatrıdır. Əmlakın özəlləşdirilən torpaq sahəsi 978.7 kv.m-dir. Belə ki, bu əmlak torpaq sahəsi ilə birlikdə 116 min 250 manat ilkin satış qiyməti ilə hərraca çıxarılıb. Şəmkir rayonunda yerləşən və torpaq sahəsi 3269.3 kv.m. olan Şəmkir yun qəbulu məntəqəsi isə 49 min 500 manata təklif olunur.
Bu dəfəki hərraca çıxarılan səhmdar cəmiyyətləri məişət, təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aiddir. Müxtəlif şəhər və rayonlarda yerləşən belə iri müəssisələr sırasında “Goranboy Sənaye İnşaat”, “Azinterservis”, “Şamaxı Dəmir Beton”, “Kürdəmir Kəndkimya Təchizat”, “Sumqaylt Kimya Tikinti”, “Tərtər Konserv” kimi səhmdar cəmiyyətlər var.
Hərraca çıxarılan 13 nəqliyyat vasitəsi müxtəlif dövlət qurumlarının balansında olan lakin xidməti istifadədən çıxarılmış nəqliyyat vasitələridir. Nissan Altima, Hyundai Sonata, Chanqan SC-6391FA, QAZ-13 kimi markalı avtomobillər hərraca çıxarılıb. Hər bir nəqliyyat vasitəsinin fotosu və müvafiq məlumatlar hərrac günündən 1 ay əvvəldən komitənin özəlləşdirmə portalında əks olunur. Qeyd edək ki, komitə tərəfindən istifadəyə verilən “Elektron hərrac” xidməti hal hazırda nəqliyyat vasitələrinin və avadanlıqların elektron hərrac vasitəsilə özəlləşdirilməsi prosedurunu özündə birləşdirir. İstənilən vətəndaş bu xidmətdən istifadə etməklə online olaraq hərracda iştirak edə bilər. Nəqliyyat vasitələrinin siyahısına baxmaq üçün aşağıdakı keçiddən istifadə etmək kifayətdir:
http://privatization.az/index.php/az/component/content/article?
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 35 d. əvvəl
- 48 d. əvvəl
-
- 52 d. əvvəl
- 55 d. əvvəl
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
-
2 saat əvvəl
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
-
2 saat əvvəl
Dövlət Turizm Agentliyinin sədri: "Turizmdə uğur artıq turist sayı ilə ölçülmür"
- 3 saat əvvəl
- 3 saat əvvəl
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
İyunun 24-nün hava proqnozu - yağış yağacağı gözlənilir
Oracle-da böyük miqyasda ixtisar
"2030-cu ilə qədər qoyun əti istehsalı 9 % artırılacaq"
Mərkəzi Bank sabah növbəti faiz qərarını açıqlayacaq
2040-cı ilə qədər burada 50 min nəfərin yaşaması nəzərdə tutulur
Bir və “Paysend” Azərbaycanda real vaxt rejimində beynəlxalq köçürmələri istifadəyə verir
Ən çox oxunanlar
"Finex Kredit"də növbədənkənar yığıncaq keçiriləcək
Azərbaycan neftinin son qiyməti
Əbülfəz Əliyevin BOKT-u illik 15%-lə 2 milyon manat borc alır
Dollara 7,2 faiz gəlir təklifi - BANK İSTİQRAZ BURAXIR
Rəsmi məzənnələr açıqlandı
FED-in keçmiş sədri Alan Qrinspan 100 yaşında vəfat edib

























