Azərbaycan bankı 100 milyon manata yaxın xalis mənfəət açıqladı – 50% ARTIB
Azərbaycanın iri korporativ bankı olan "PAŞA Bank" ASC 2023-cü ilin birinci yarısını (yanvar-iyun) 97 milyon 106 min manat xalis mənfəət ilə başa vurub. Bank ötən ilin eyni dövrünü 64 milyon 844 min manat xalis mənfəət ilə bağlamışdı. Beləliklə, 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə "PAŞA Bank" ASC-nin xalis mənfəəti 31 milyon 262 min manat və ya 49,7% artıb.
Marja.az xəbər verir ki, "PAŞA Bank"ın faiz gəlirləri 2023-cü ilin birinci yarısında 2022-ci ilin birinci yarısı ilə müqayisədə 40,3% artaraq 204 milyon 552 min manat, qeyri-faiz gəlirləri isə 18,9% artaraq 92 milyon 808 min manat təşkil edib.
"PAŞA Bank" əməliyyat mənfəəti 31,8% artaraq 123 milyon 532 min manat olub.
"PAŞA Bank"ın cəmi aktivləri ötən ilin sonu ilə müqayisədə 1,8% azalaraq 30 iyun 2023-cü il tarixində 8 milyard 377 milyon 653 min manat təşkil edib. Aktivlərin geriləməsi nağd pul vəsaitlərinin azalması ilə əlaqədardır. Bankın kredit portfeli (müştərilərə verilmiş kreditlər) 0,6% artaraq 2 milyard 744 milyon 294 min manata yüksəlib.
"PAŞA Bank"ın qiymətli kağızlara investisiyaları 2023-cü ilin birinci yarısında ötən ilin sonu ilə müqayisədə 39,4% artaraq 2 milyard 433 milyon 944 min manata, digər banklardakı depozitləri isə 135% (2,4 dəfə) artaraq 1 milyard 393 milyon 248 min manata çatıb.
"PAŞA Bank"da depozitlər 2023-cü ilin birinci yarısında 2022-ci ilin sonu ilə müqayisədə 4% azalaraq 6 milyard 725 milyon 547 min manata düşüb. O cümlədən, fiziki şəxslərin depozitləri 8,7% artaraq 1 milyard 705 milyon 904 min manata yüksəlib, hüquqi şəxslərin depozitləri isə 7,6% azalaraq 5 milyard 19 miylon 643 min manata enib.
30 İyun 2023-cü il tarixində "PAŞA Bank" 694 milyon 972 min manat məcmu kapitala malik olub.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 ay sonra
- 2 həftə sonra
-
9 saat əvvəl
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
-
- 9 saat əvvəl
- 10 saat əvvəl
- 1 gün əvvəl
- 2 gün əvvəl
-
2 gün əvvəl
Azərbaycanda süd istehsalı həcminin 10 %, ət istehsalının 20 % artırılması nəzərdə tutulur
- 2 gün əvvəl
-
2 gün əvvəl
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
-
2 gün əvvəl
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
-
2 gün əvvəl
Unicapital İnvestisiya Şirkəti 2025-ci ilin maliyyə nəticələrini açıqlayıb
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 18 GÜN
NEQSOL Holding şəhid ailələrinə və qazilərə dəstəyini davam etdirir
Bank sərfəli şərtlərlə əmanət qəbuluna davam edir
SOCAR Çn şirkətilə “Abşeron” layihəsi çərçivəsində mümkün əməkdaşlığı nəzərdən keçirib
Avenue 8 öz fərqli memarlıq fəlsəfəsi ilə WUF 13 forumunda – VİDEO
“Avrora Qrup” Qurban Bayramı münasibətilə aztəminatlı ailələrə bayram sovqatı çatdırıb
Bir neçə banka borcu olanlar üçün fürsət – illik 5%-dək endirim!
Dolların 1 iyun üçün rəsmi məzənnəsi müəyyən olunub







.jpg)





.jpg)










