Natəvan Məmmədova yenidən ASK-nın Baş Katibi təyin edilib
2013-2015-ci illərdə Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Baş Katibi olmuş Natəvan Məmmədova yenidən eyni vəzifəyə təyin edilib.Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasında kadr təyinatı olub.
Konfedrasiyadan Marja-ya daxil olmuş məlumatda bildirilir ki, Konfederasiyanın yeni hədəflərə nail olması üçün Baş Katibi vəzifəsi Natəvan Məmmədovaya həvalə edilib.
Azərbaycan Sahibkarlar Konfederasiyasının prezidenti Məmməd Musayev yeni təyin olunmuş Baş katibi kollektivə təqdim edib.
O, yeni təyinat münasibəti ilə Natəvan Məmmədovanı təbrik edib, ölkə iqtisadiyyatının, dövlət-özəl dialoqunun, özəl sektorun inkişafı üçün yeni çağırışların həyata keçirilməsində Konfederasiyanın qarşısında duran vəzifələri vurğulayaraq, müəyyən edilmiş hədəflərə nail olunması istiqamətində görüləcək işlərdə kollektivə uğurlar arzulayıb.
Qeyd edək ki, Natəvan Məmmədova Amerika Ticarət Palatası, Azərbaycan Respublikası Mərkəzi Bankı, Dünya Bankı, ABŞ Xəzinədarlıq Departamenti, McKinsey&Company kimi qurumlarda rəhbər vəzifələrdə çalışıb.
Natəvan Məmmədova yüksək etimada görə minnətdarlığını ifadə edərək qarşıya qoyulmuş vəzifələrin icrası üçün səylərini səfərbər edəcəyini bildirib.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 4 həftə sonra
- 1 həftə sonra
-
10 saat əvvəl
“Bank Avrasiya”nın səhmdarı olan şirkətin tərkibindən ayrılma olub, yeni şirkət yaradılıb
-
-
10 saat əvvəl
"Abşeron" yatağından Türkiyəyə qaz tədarükünə dair yeni müqavilə imzalanıb
-
10 saat əvvəl
SOCAR və Serbiya şirkəti qaz elektrik stansiyasının tikintisinə dair müqavilə imzalayıb
- 11 saat əvvəl
- 11 saat əvvəl
- 11 saat əvvəl
-
12 saat əvvəl
Bakcell “YAŞAT” Fondunun “Hədiyyə Karvanı” layihəsinə dəstək oldu
-
12 saat əvvəl
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
- 12 saat əvvəl
-
12 saat əvvəl
Coca-Cola Azərbaycanın iqtisadi rolu Türkiyə mediasının diqqət mərkəzində
Son Xəbərlər
Azvak.az-da yeni iş elanları
55 manatdan bank səhmdarı olmaq fürsəti: SON 12 GÜN
"Tramp trendi dəyişdi, ona daha bir təşəkkür düşür"
İyunun 2-də Bakı–Tbilisi–Qars dəmir yolu xətti istifadəyə veriləcək
Ən çox oxunanlar
“TuranBank” səhmdarlarının ümumi yığıncağı keçiriləcək
“Para BOKT” 2025-ci ili 6,2 milyon manat mənfəətlə başa vurub
İyunun 2-də gözlənilən hava şəraiti
Bu BOKT-un zərəri 2 dəfədən çox artıb




















.jpg)





