Maliyyə Monitorinqi Xidmətinin əməkdaşı ilk dəfə beynəlxalq təşkilatda rəhbər vəzifəyə seçilib
“Eqmont Qrupu”nun “Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu”nun 2023-cü il 4 iyul tarixində keçirilən iclasında namizədliyini irəli sürmüş üç nəfər arasından Maliyyə Monitorinqi Xidmətinin Əməkdaşlıq departamentinin direktoru Fuad Əliyev sözügedən işçi qrupun rəhbəri vəzifəsinə seçilib.
Bu barədə Maliyyə Monitorinqi Xidmətinin yaydığı məlumatda bildirilir.
Qeyd edilib ki, maliyyə monitorinqi orqanları (MMO) arasında beynəlxalq əməkdaşlığı təkmilləşdirmək məqsədilə 1995-ci il 9 iyun tarixində yaradılmış “Eqmont Qrupu” beynəlxalq miqyasda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə aparmaq üçün təhlükəsiz təcrübə və maliyyə kəşfiyyatı mübadiləsi üzrə hazırda 170 ölkənin üzv olduğu beynəlxalq təşkilatdır.
“Üzvlük, dəstək və uyğunluq üzrə işçi qrupu” MMO-lar tərəfindən cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasının və terrorçuluğun maliyyələşdirilməsinin qarşısının alınması sahəsində beynəlxalq standart və üzvlük meyarlarına uyğunluğu təmin edən strukturdur.
F. Əliyev əvvəlki illərdə sözügedən işçi qrupun sədr müavini vəzifəsində çalışıb. Onun sədr müavini kimi fəaliyyətinin yüksək qiymətləndirilməsi işçi qrupun rəhbəri seçilməsinə zəmin yaradıb. Bundan sonra F. Əliyev “Eqmont Qrupu” üçün strateji əhəmiyyət daşıyan məsələlərin əlaqələndirilməsi və üzvlük proseslərinə nəzarətin həyata keçirilməsində, eyni zamanda “Eqmont Qrupu”nun əsas icra orqanı olan Eqmont Komitəsinin üzvü seçilərək təşkilatın idarə olunmasında iştirak edəcək.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 2 gün sonra
-
-
13 d. əvvəl
İlham Əliyev Sankt-Peterburqda keçiriləcək görüşdə iştirak etməyəcək - SƏBƏBLƏRİ AÇIQLANDI
- 21 d. əvvəl
- 25 d. əvvəl
-
19 saat əvvəl
70%-dək böyük endirimlər və hissəli ödəniş imkanları - “Yaşıl Günlər” kampaniyası
- 20 saat əvvəl
- 20 saat əvvəl
- 22 saat əvvəl
- 22 saat əvvəl
-
1 gün əvvəl
Birbank-la NFC ödənişləri tezliklə “Baku Bus”da: SINAQ mərhələsi başladı
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Rəsmi məzənnələr açıqlandı
Paşinyan Rusiyaya səfər edəcək
Dekabrın 22-də gözlənilən hava şəraiti
Kakao qiymətləri düşür, şokoladlar isə hələ də bahadır
Yeni m10kart - İstədiyin an, istədiyin yerdə ödə
"Top" tamamilə Kiyev və onun Avropa sponsorlarının tərəfindədir"
Dolların bazar ertəsi üçün rəsmi məzənnəsi müəyyən olunub















.jpg)


.jpg)



