Yeni pomidor hibridlərinin sınaq əkininə başlanıb - TEZ YETİŞİR, MƏHSULDARLĞI YÜKSƏKDİR
İstixana üçün nəzərdə tutulmuş yeni pomidor hibridlərinin sınaq əkininə başlanıb.
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun seleksiyaçı alimləri tərəfindən istixana şəraitində ərsəyə gətirilmiş yeni perspektiv pomidor hibridlərinin nümayiş əkinləri aparılıb.
Kənd Təsərrüfatı Nazirliyinin yaydığı məlumatda bildirilir ki, yeni perspektiv pomidor hibridləri Şəmkir rayonunun Əliyaqublu kəndində fermerlərin istixana təsərrüfatlarında sınaq məqsədilə əkilib. Aqrotexniki tədbirlər kompleksi fonunda hibrid bitkilərin suvarılması, gübrələnməsi, xəstəlik və zərərvericilərə qarşı profilaktik mübarizə işləri və digər becərmə əməliyyatları qəbul edilmiş normalara uyğun olaraq aparılıb.
Nümayiş əkini prosesində yeni pomidor hibridlərinin təsərrüfat xüsusiyyətləri haqqında məlumat verilib. Bildirilib ki, müxtəlif təyinatlı altı yeni pomidor hibridi qənaətbəxş nəticələr göstərir. Hibridlər yüksək məhsuldarlığına, dad və əmtəəlik keyfiyyətinə, o cümlədən tez yetişkənliyinə görə seçilirlər. Yeni perspektiv pomidor hibridləri fermerlər tərəfindən müsbət qiymətləndirilib.
Yeni pomidor hibridlərinin nümayiş əkinləri tam başa çatdıqdan sonra Dövlət Reyestrində qeydiyyata alınması üçün Aqrar Xidmətlər Agentliyinə təqdim olunması planlaşdırılır.
Müştərilərin xəbərləri
SON XƏBƏRLƏR
- 1 həftə sonra
- 1 həftə sonra
- 6 gün sonra
-
- 16 d. əvvəl
- 25 d. əvvəl
- 49 d. əvvəl
- 51 d. əvvəl
-
56 d. əvvəl
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
- 1 saat əvvəl
- 1 saat əvvəl
-
1 saat əvvəl
“PAŞA Bank” POS-terminallarında "UnionPay" kartlarla ödəniş qəbulunu təqdim edir
- 2 saat əvvəl
Son Xəbərlər
Biznesiniz üçün QISA NÖMRƏ (Ulduz nömrə) alın
Azərbaycanda Vakansiyalar - Azvak.az
Ödənişsiz investisiya seminarı: Yatırımda təcrübə qazan
Avropa Bankı AccessBank-a 20 milyon dolları ayırır
bp-yə yeni baş icraçı direktor təyin edildi
Sərnişinlər artıq yan oturacağı əvvəlcədən bloklaya bilərlər - AZAL-DAN DAHA BİR YENİLİK
m10 və Mastercard yeni rəqəmsal kartı təqdim edir
Ən çox oxunanlar
Rəsmi məzənnələr açıqlandı
NATO, 2026-cı il üçün hərbi büdcəsini açıqladı
Bir Bonus lotereyasının qalibləri bəlli oldu - SİYAHI
Bakcell “İnklüzivlikdə İnnovativ Həllər” tədbirinə dəstək oldu
33 min 615 baş heyvanın alınmasına 89,8 milyon manat məbləğində güzəşt tətbiq edilib














.jpg)



.jpg)

